SON XƏBƏRLƏR

Bəhreyn rəsmisi: “İran" qalacaq, lakin islam respublikası rejimi getməyə məhkumdur”

2021.10.20, 07:36
Bəhreyn rəsmisi: “İran" qalacaq, lakin islam respublikası rejimi getməyə məhkumdur”

Gunaz.tv

GünAzTV: Bəhreyn xarici işlər naziri Şeyx Xalid Bin Əhməd Al-i Xəlifə dekabrın 26-da özünün “Twitter” səhifəsində bir yazı paylaşaraq, İran İslam Respublikası rejiminin bölgədə yürütdüyü ekspansionist siyasətini tənqid edərək, onun süqutunun yaxınlaşmasından danışıb.

 

Bəhreynli nazir öz yazısında bildirib ki, İran bir ölkə olaraq qalsa da, ona hakim indiki ruhanilər gec-tez hakimiyyətdən getməli olacaq: “İran və onun vətəndaşları, onların bölgədə həyata keçirməyə çalışdığı nifrət dolu ekspansionist planlarının qarşısında dayananları yaxşı tanıyırlar. Allah, padşahımızı və ona vəfalı və sadiq olan ətrafındakı insanları qorusun. Mən, bir daha bu fürsəti qaçırmadan bildirib təkrar edirəm ki, “İran” qalacaq, lakin ona hakim islam respublikası rejimi müvəqqəti bir məsələdir və getməyə məhkumdur.

 

Əgər bizim bu sözlərimiz, İran İslam Respublikasının və onun başçılarının xoşuna gəlmirsə və ya onları qəzəbləndirirsə, yaxşısı budur ki, gedib başlarını divara çırpsınlar və soyuq su içsinlər. Çünki biz, bölgədəki qardaşlarımızla birlikdə, İranın regionda həyata keçirməyə cəhd göstərdiyi bütün planlarının qarşısında dayanacaq, onların reallaşdırılmasına imkan verməyəcəyik”.

 

Qeyd edək ki, son illər Tehranla Mənamə arasındakı münasibətlər son dərəcə pisləşib. Bəhreyn hökuməti, İranı bu ölkənin və regionun digər ölkələrinin daxili işlərinə qarışmaqda, bu ölkələrdəki radikal şiə qruplaşmalarına dəstəkdə və beynlxalq terrorizmə dəstək verməkdə günahlandırırlar.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar