SON XƏBƏRLƏR

Bəhreyndə İrana bağlı onlarla “Hizbullah”çı həbs edilib

2021.10.20, 07:36
Bəhreyndə İrana bağlı onlarla “Hizbullah”çı həbs edilib

Gunaz.tv

GünAzTV: Bəhreyndə İrana bağlı onlarla “Hizbullah”çı həbs edilib. Bu barədə Bəhreynin baş prokuroru Əhməd əl Hemadi sentyabrın 26-da bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, hazırda 111 nəfəri həbsdə saxlanılan həmin şəxslər, 169 nəfərlik bir terrorçu qruplaşmanın üzvləridir. Qeyd olunur ki, həmin şəxslər, İran rejiminin və “Sepah”ın yardımı ilə “Bəhreyn Hizbullahı” adlı bir siyasi təşkilat yaradaraq ölkənin milli təhlükəsizliyinə qarşı təxribat apardıqlarına görə yaxalanıblar.

 

Bildirilir ki, işləri (dosyeləri) Mənamə məhkəməsinə göndərilən bu şəxslərdən bəziləri “Bəhreyn Hizbullahı” qruplaşmasına qoşulmaqdan əvvəl, xarici ölkələrdə, o cümlədən də İranda “Sepah” ın qərargahlarında hərbi təlimlər keçmiş, terror əməliyyatlarında müxtəlif silahlardan necə istifadə etməyi öyrəniblər.

 

Bəyanatda həbs edilənlərin adları açıqlanmayıb.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar