SON XƏBƏRLƏR

Bəhreyndə “Sepah”la əlaqədə olan 138 nəfər ölkə vətəndaşlığından çıxarılıb

2021.10.20, 07:36
Bəhreyndə “Sepah”la əlaqədə olan 138 nəfər ölkə vətəndaşlığından çıxarılıb

Gunaz.tv

GünazTV: Bəhreyndə terrorçu bir qrup yaradaraq “Sepah”la əlaqədə olan 138 nəfər ölkə vətəndaşlığından çıxarılıb.

 

Bu barədə Bəhreynin baş prokuroru Əhməd əl Həmadi aprelin 16-da jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, bütün müttəhimlər qrup şəkilində mühakimə edilib: “Onlar, Livan Hizbullahı” ilə irtibatda olan “Bəhreyn Hizbullahı” ilə əməkdaşlıqda və İran İnqilab Keşikçiləri Korpusu (Sepah) ilə əlaqədə olmaqda günahlandırılaraq, 3 ildən ömürlük həbsə qədər məhkum ediliblər. Məhkəmənin qərarı ilə müttəhimlərdən 69-u ömürlük həbsə məhkum edilib. Həmçinin axtarışda olan müttəhimlərdən 10-u qiyabi şəkildə mühakimə edilib.

 

İstintaq zamanı müttəhimlərdən bəzilərinin İranda, Livanda və İraqda hərbi təlim keçdiyi bəlli olub. Bəhreyn məhkəməsinin qərarı ilə terror fəaliyyətləri ilə məşğul olan və “Sepah”la əlaqədə olan bu 138 nəfər ölkə vətəndaşlığından məhrum edilib” – deyə Əhməd əl Həmadi əlavə edib.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.

 

 

Bəyanatında deyilir: “Bu gün mən mühacirət və vətəndaşlıq məcəlləsinin 219-cu bəndini rəhbər tutaraq, hökumətimin “Sepah”ı və onun “Qüds” qanadını xarici terror təşkilatı kimi tanımaqla bağlı qərarını elan edirəm. Dövlət Departamentinin rəhbərliyi altında atılan bu misilsiz addım, İranın təkcə terrorizmi dəstəkləyən dövlət olduğunu deyil, eləcə də “Sepah”ın bir dövlət qurumu kimi terror aktlarında fəal iştirak etdiyini və terrorizmin yayılmasını maliyyələşdirdiyini göstərir. “Sepah”, İran rejiminin dünyada terrorizmi idarə və təbliğ etməsi və onu maliyyələşdirməsi üçün əsas alətlərdən biridir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar