SON XƏBƏRLƏR

Bəhreynin xarici işlər naziri: “İranın yürütdüyü siyasət regionda qeyri- sabitliyə səbəb olur”

2021.10.20, 07:36
Bəhreynin xarici işlər naziri: “İranın yürütdüyü siyasət regionda qeyri- sabitliyə səbəb olur”

Gunaz.tv

GünAz TV: Bəhreynin xarici işlər naziri Xalib bin Əhməd bin Məhəmməd Alxəlifə Manama Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə xüsusi işçi qrupunun rəhbəri Brayan Huk ilə görüşüb.

 

Görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib. Müzakirələr zamanı hər iki tərəf İranın regionda yürütdüyü siyasətə qarşı mübarizə aparmağın zərurətini bir daha vurğulayıblar.

 

Bəhreyn XİN-in rəhbəri bildirib ki, ölkəsi İran rejiminin yürütdüyü siyasətlə mübarizə aparmaq üçün ABŞ-ın atdığı bütün addımlarını dəstəkləyir. O, həmçinin bildirib ki, İran rejimi öz yürütdüyü siyasətlə istər regionda, istərsə də bütün dünyada sabitlik və təhlükəsizliyi pozur: “İran daim digər ölkələrin daxili işlərinə qarışır və terrorizmi himayə edir. Bu isə öz növbəsində sülh və təhlükəsizliyə qarşı əsas təhdiddir”- deyə Xalib bin Əhməd əlavə edib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar