SON XƏBƏRLƏR

Bəhruz Kamalvəndi: “İran artıq uranı 4.5% zənginləşdirib və bu həddin 20%-ə çatdırılması nəzərdə tutulur”

2021.10.20, 07:36
Bəhruz Kamalvəndi: “İran artıq uranı 4.5% zənginləşdirib və bu həddin 20%-ə çatdırılması nəzərdə tutulur”

Gunaz.tv

GünAz TV: İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi bildirib ki, bu gün ölkəsi artıq uranı 4.5%-dən çox zənginləşdirib.

 

Kamalvəndi əlavə edib ki, bu həddə zənginləşdirmə ölkənin elektrik stansiyasılarının ehtiyaclarını ödəmək üçün kifayətdir.

 

O, həmçinin qeyd edib ki, Ali Milli Təhlükəsizlik Şurasına uranın 20% və ondan da yüksək həddə artırılması ilə bağlı təklif təqdim edilib, lakin hazırda bu səviyyədə zənginləşdirməyə ehtiyac duyulmur.

 

“İndependent” agentliyi bir müddət öncə yaydığı məlumatda bildirmişdi ki, İranla 5+1 ölkələri arasında 24 oktyabr 2013-cü ildə Cenevrədə əldə edilmiş müvəqqəti razılaşmaya qədər İranın təqribən 200 kiloqram çəkidə olan 20% dərəcəsində zənginləşdirilmiş uran ehtiyatından atom bombası əldə etmək üçün yalnız 1 mərhələlik müddəti qalmışdı.

 

Bəhruz Kamalvəndi ölkəsinin hazırda 20% həddində zənginləşdirilmiş urana ehtiyatı olmadığını, lakin lazım olduğu təqdirdə, bu səviyyədə zənginləşdirməyə başlayacağı üçün heç bir əngəlin olmadığı deyib.

 

Xatırladaq ki, bir müddət öncə də sözçü bildirmişdi ki, İranla Avropa nüvə razılaşmasının davam etdirilməsi istiqamətində razılığa gələ bilməsə, ölkəsi uranı 20% səviyyəsində zənginləşdirəcək.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar