SON XƏBƏRLƏR

Belarusdan ölüm hökmünü ləğv etmək tələb olundu

2021.10.20, 07:36
Belarusdan ölüm hökmünü ləğv etmək tələb olundu

Gunaz.tv

GünAz TV: Avropa İttifaqı (Aİ) Belarusdan ölüm cəzasının tətbiqini dayandırmağı tələb edir.

 

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Maya Kosyançiç bəyan edib.

 

Qurumdan bildirilib ki, bu cəza növü Ümumi Bəyannamədə insanın yaşama hüququ ilə bağlı hissəni pozur, eləcə də Minskin beynəlxalq öhdəliklərinə ziddir. Bundan savayı, Aİ istənilən halda ölüm hökmünün verilməsinə qəti etiraz edir və ölüm cəzasının ləğvində ilk addım kimi  Belarusu bu hökmə moratorium tətbiq etməyə səsləyib. 

 

Xatırladaq ki, iyunun 13-də Belarusda üç nəfərin öldürülməsində təqsirli bilinən Aleksandr Jilnikov edam olunmuşdu.

 

Qeyd edək ki, Belarus Avropa və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində ölüm hökmünün hələ də tətbiq olunduğu yeganə ölkədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar