Belaruslu politoloq: "Minsk qrupunun mexanizmləri işləmir"

2021-04-16 16:09

30 ilə yaxın müddət ərzində fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsini həll etmək üçün mexanizm ərsəyə gətirə bilmədi. Bütövlükdə bu kimi siyasi və diplomatik mexanizmlər işləmir.

Gunaz.tv Quote | Gunaz article

Bunu münaqişədən sonrakı dövrdə ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair suala cavab verən belaruslu politoloq, Siyasi Təhlil və Proqnoz Mərkəzinin (CEAPP) rəhbəri Pavel Usov bildirib.

 

“Dağlıq Qarabağdakı birinci müharibə dövründə yaradılmış ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün siyasi mexanizmlər yaratmalı olsa da, bu münaqişə 30 ilə yaxın müddət ərzində dondurulmuş, yarı açıq vəziyyətdə qaldı. Nəhayət, hansısa mexanizmlər ortaya qoyulmaması və tətbiq olunmaması üzündən münaqişə həll olunmadı və lap bu yaxınlarda başa çatmış ikinci mərhələsi başladı. 

 

Bu gün Ukraynanın şərqində baş verənlərə baxsaq, hazırda bütün bu siyasi, diplomatik mexanizmlərin postsovet regionunda işləmədiyini görərik. Hətta bu cür mexanizmlər hazırlansa belə, onları tətbiq edəcək dövlətlər, yaxud beynəlxalq təşkilatlar yoxdur. Yəni münaqişələrin həlli üçün beynəlxalq səviyyədə siyasi iradə yoxdursa, hər hansı danışıqlar, platformlar mənasızdır”, - politoloq qeyd edib.

 

Prezident Aleksandr Lukaşenkonun Azərbaycana son işgüzar səfərini şərh edən ekspert Belarusdakı seçkilərdən əvvəl bu ölkənin Azərbaycanla həm iqtisadi, həm də hərbi strateji əlaqələrinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb:

 

“Azərbaycan alternativ neft tədarükü mənbələrindən biri olub. Seçkilərə az qalmış Rusiya ilə aramızdakı gərginliyə görə bu ölkəyə alternativ olaraq Azərbaycandan 80 min ton neft idxalına dair sazişlər imzalanmışdı. Odur ki, Azərbaycan Belarus üçün perspektivli istiqamətlərdən biri hesab olunub”, - deyən politoloq sanksiyalardan əziyyət çəkən Belarusun başqa ölkələrlə iqtisadi əməkdaşlığı genişləndirməsi baxımdan Azərbaycanla əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını qeyd edib. (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əli Əkbər Vilayəti: “Tezliklə Qüdsdə Xamneyinin imaməti ilə namaz qılacağıq”

2021-05-17

gun az article

Abbasəli Kədxudayi: “Sənədlərini təqdim etmiş yalnız 40 namizədin səlahiyyətinə baxılacaq”

2021-05-17

gun az article

İran Azərbaycanla sərhəd mübahisəsində Ermənistanı DƏSTƏKLƏDİ

2021-05-17

gun az article

İlham Əliyev Qəbələdə məktəb tikintisinə pul ayırdı

2021-05-17

gun az article

Türkiyə əhalisinin sayı açıqlanıb

2021-05-17

gun az article

Zəngəzur gərginliyi: “Bu məsələ 10 noyabr Bəyanatında razılaşdırılıb”-Politoloq

2021-05-17

gun az article

Xəstəxanalarda yoxlamalar - İki tibb müəssisəsinin işi Baş Prokurorluğa verildi

2021-05-17

gun az article

ABŞ-ın baş konsulu Yekaterinburqu tərk edib

2021-05-17

gun az article

Bu gündən etibarən İngiltərədə muzey, kinoteatr və hoteller fəaliyyətini bərpa edir

2021-05-17

gun az article

İran prezidentinin sabiq müşaviri vəfat edib

2021-05-17

gun az article

İranın Şimali Xorasan əyalətində 5,5 bal gücündə zəlzələ olub

2021-05-17

gun az article

Müxalifət Ermənistan hakimiyyətini istefaya səslədi

2021-05-16

gun az article

Rusiya MN-dən sülhməramlılarla bağlı yeni AÇIQLAMA

2021-05-16

gun az article

Azərbaycanda son sutkada 1 122 nəfər COVID-19-dan sağalıb, 472 nəfər yoluxub

2021-05-16

gun az article

Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” başladı

2021-05-16

gun az article

Son 15 ildə Azərbaycanda insan alveri ilə bağlı 4 248 cinayət faktı qeydə alınıb

2021-05-16

gun az article

Roma Papası Qəzza ilə bağlı çağırış edib

2021-05-16

gun az article

İranda koronavirusdan daha 303 nəfər ölüb, 11 291 nəfər virusa yoluxub- RƏSMİ STATİSTİKA

2021-05-16

gun az article

Dünya Bankı: Azərbaycanda pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək

2021-05-16

gun az article

Şəhid zabitin dəfnindən FOTOLAR

2021-05-16