SON XƏBƏRLƏR

Bələdiyyə İdarəsinin Xalxalın girişindəki lövhənin qaldırılmasına dair qərarı etirazlara səbəb olub

2021.10.20, 07:36
Bələdiyyə İdarəsinin Xalxalın girişindəki lövhənin qaldırılmasına dair qərarı etirazlara səbəb olub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Xalxal şəhərinin müvəqqəti bələdiyyə başçısının şəhərin girişindəki lövhənin qaldırılmasına dair açıqlama verməsi soydaşlarımızın etirazına səbəb olub.

 

Məlumata görə, bir ay əvvəl Xalxal Bələdiyyə İdarəsində nəzarətçi vəzifəsinə təyin edilən Səlahəddin Bərzgər müvəqqəti olaraq bələdiyyə başçısı kimi fəaliyyət göstərir. O ötən günlərdə şəhərin girişində quraşdırılan lövhənin qaldırılacağını elan edib. Azərbaycana qarşı yönələn qərar şəhər əhalisinin kəskin etirazı ilə qarşılanıb.

 

Lövhədə “Xalxala xoş gəldiniz” sözü türk, fars və ingilis dillərində yazılıb. Həmin lövhədə “Xalxal Azərbaycanın göy damı” sözü də əks olunub. Şəhər əhalisi müəyyən səbəblərə görə bu cümlənin şəhərin girişində yazılmasına xüsusi əhəmmiyyət verir.

 

“Xalxalım” saytı bu barədə məlumat yayaraq qeyd edib ki, ““Azərbaycanın göy damı” sözü Azərbaycanın ən yüksəkdə yerləşən şəhəri kimi, Xalxalda idman düşərgəsinin yaradılması və idman turizminin əhəmiyyətini göz önünə çəkir. Bu ideya idman üzrə mütəxəssis xalxallı Səid İsmayılzadə tərəfindən dilə gətirilib. Bölgəyə turist axınının cəlb edilməsində ən vacib amillərdən biri məhz məntəqənin mavi səması və təmiz havasını tanıtdırmaqdır.”

 

Saytda dərc olunan yazıda vurğulanıb ki, məsulların lövhə ilə bağlı qərarı özlərindən əvvəlki Bələdiyyə rəsmiləri ilə hesablaşmaq məqsədi güdür.

 

Türkcə yazılmış lövhələrin qaldırılması faktına Güney Azərbaycanın müxtəlif şəhərlərində rast gəlinib. Hökumət rəsmiləri əksər hallarda əhalinin göstərdiyi müqavimət qarşısında geri addım atalaraq qaldırılan lövhələri yenidən bərpa ediblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar