SON XƏBƏRLƏR

Bələdiyyə məmurları səyyar satıcıya zülm etdi – Xoy şəhərində / VİDEO

2021.10.20, 07:36
Bələdiyyə məmurları səyyar satıcıya zülm etdi – Xoy şəhərində / VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Bələdiyyə İdarəsi məmurlarının səyyar satıcılara hücum məsələsi növbəti dəfə sosial şəbəkələrin gündəminə düşüb.

 

Məlumata görə, Qərbi Azərbaycan Əyalətində yerləşən Xoy şəhərində yoxsulluqdan səyyar satıcılıqla məşğul olan bir soydaşımız şəhərin Bələdiyyə İdarəsinin məmurları (Sədd-i məbər məmurları) tərəfindən hücuma məruz qalıb, onun satdığı mallar zorla idarəyə aparılıb.

 

Hadisə cümə axşamı, iyulun 19-da Xoy şəhərinin xiyabanlarının birində baş verib.

 

Sosial şəbəkələrdə yayılan videoda göründüyü kimi, bələdiyyə məmurları küçə ticarəti ilə məşğul olan səyyar satıcıya hücum edərək onu döyüb mallarını Bələdiyyə maşını ilə idarəyə aparmaq istəyiblər. Onlara müqavimət göstərən satıcı polis əməkdaşları tərəfindən durdurulub. Nəhayət yoxsul satıcının malları məmurlar tərəfindən aparılıb. Çarəsiz vəziyyətdə qalan soydaşımız əsəbindən yerə çırpılıb.

 

https://www.youtube.com/watch?time_continue=7&v=fn9hOoFMu4s

 

 

Xoy Şəhər Bələdiyyə İdarəsinin məmurları bundan əvvəl meyvə satan satıcılara hücum edərək onları döyüb, meyvələrini dağıdaraq ayaqlar altına atmışdır.

 

Ötən aylarda Güney Azərbaycan şəhərlərində onlarla səyyar satıcı Bələdiyyə məmurları tərəfindən döyülərək iş yerindən uzaqlaşdırılıb.

 

Qeyd edək ki, Güney Azərbaycanda son vaxtlar səyyar satıcılıq kimi zəif peşələrə üz tutanların sayı getdikcə artır. Buna səbəb dövlət büdcəsinin əyalətlər arasında ədalətsiz şəkildə paylanılması, bölgəyə sərmayə yatırılmaması, istehsal və sənaye müəssisələrinin maliyyə problemlərindən dolayı bağlanılması və s. kimi amillərin nəticəsində ortaya çıxan işsizlik problemidir. Bəzi soydaşlarımız isə işsizlikdən dolayı doğma şəhər və kəndlərini tərk edərək İranın digər bölgələrinə köçməyə məcbur olur, onların bir çoxu getdikləri şəhərlərdə səyyar satıcılıq kimi zəif işlərlə məşğul olurlar.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar