Bələdiyyə Məşrutə qəhrəmanı Baqirxanın evinə yiyə durmur

2020-12-28 13:28

Bir müddət öncə Məşrutə hərəkatının rəhbərlərindən, Səttarxanın ən yaxın silahdaşı Baqirxanın evinin acınacaqlı durumu ilə bağlı xəbərlər yayılmışdı.

Gunaz.tv Quote | Gunaz article

Xarabalığa çevrilən tarixi evin yenidən qurulması üçün Təbriz əhalisi və ziyalılarının çoxsaylı müraciətindən, məsələnin mətbuatda geniş yansımasından sonra, Təbriz Bələdiyyəsi və Şərqi Azərbaycan əyalətinin “Mədəni İrs” təşkilatı tarixi evin yenidən qurulması yönündə addımlar atılması ilə bağlı açıqlamalar verdilər.

 

Hər iki dövlət qurumunun yayınladıqları açıqlamada məsələnin həlli üçün evin qanuni yiyələrinin hüquqi razılıqlarının olması əsas göstərilirdi. İndi evin yiyələri razılıq verdiklərini ancaq bağlanan andlaşmalara baxmayaraq bələdiyyənin işə laqeyd yanaşdığını bildirirlər.

 

Bu gün, dekabr ayının 28-i, tarixi evin malikiyyət hüququnu daşıyanların 3 nümayəndəsi “İRNA” xəbər agentliynə verdikləri açıqlamada evin təhvil verilməsi prosesində Təbriz Bələdiyyəsi ilə hərtərəfli əməkdaşlıq etməyə hazır olduqlarını söyləyiblər.

 

Onlar, bundan öncə Təbriz Bələdiyyəsi ilə “Mədəni İrs” təşkilatı arasında evin mülkiyyətinin alınması istiqamətində bağladıqları andlaşmanın bələdiyyə tərəfindən pozulmasını narazılıqlarını bildirərək deyiblər: ”Təbriz Bələdiyyəsinin məsulları məsələnin həlli yönündə verdikləri sözün heç birini yerinə yetirmək istəmirlər.”

 

Onların dediyinə görə, bir neçə il öncəyə kimi 4 varisin olduğu mülkə indi 34 varis yiyəlik iddiası edir. Belə getsə yaxın vaxtlarda iddiaçıların sayının çoxalmasına görə məsələnin həlli daha da çətinləşəcək.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11

gun az article

Marağada məktəb binaları çatışmır

2021-05-11

gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10

gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09