SON XƏBƏRLƏR

Belorusda rusdilli KİV-lərə qadağa

2021.10.20, 07:36
Belorusda rusdilli KİV-lərə qadağa

Gunaz.tv
Belorusda rusdilli KİV-lərə qadağa minsk.jpg Bu ildən etibarən Rusiya qəzetlərinin adı Belorusun abunə kataloqundan çıxarılıb Belorus parlamenti ölkədə yazılı və elektron mediyanın fəaliyyətinə ciddi məhdudiyyətlər yaradacaq "Kütləvi İnformasiya Vasitələri haqqında" yeni qanun layihəsinin müzakirəsinə başlayıb. Layihə qəbul olunarsa ən çox ziyan çəkən internet yayımçıları olacaq. Belə ki, yeni qanunda internet səhifələrinin Belorus Nazirlər Kabinetinin qəbul edəcəyi qərara uyğun olaraq, ümumi qaydada qeydiyyata alınması nəzərdə tutulur. Qanun layihəsinə əsasən, dövlət qurumları istənilən Kütləvi İnformasiya Vasitəsini qeydə almaqdan imtina edə bilər. Layihə, həmçinin KİV-lərin fəaliyyətinin ciddi səbəb göstərilmədən dayandırılmasına, akkreditə olunmamasına da imkan verir. Azər Yeni qanunda Belorus KİV-lərinin xaricdən maliyyələşdirilməsinə tamamilə qadağa qoyulacaq. Xarici mətbuat orqanlarının yayımı üçün isə xüsusi icazə lazım olacaq. Rusiya dərc olunan "Nezavisimaya qazeta" (Müstəqil qəzet) bu addımların Kremlin informasiya siyasətinə qarşı yönəldiyini iddia edir. Qəzet bildirir ki, Belorus hakimiyyəti bu qanunla Rusiya KİV-lərinin ölkənin informasiya məkanına təsirini məhdudlaşdırmaq istəyir. Bu ildən etibarən Rusiya qəzetlərinin adı Belorusun abunə kataloqundan çıxarılıb. Belorus Jurnalistlər Assosiasiyasının ekspertləri qeyd edirlər ki, qanunun qəbul olunacağı təqdirdə "dövlət və ictimai maraqlara ziyan vuracaq məlumatlara görə məsuliyyət sərtləşdiriləcək". Bununla yanaşı, qanunun qəbulundan sonra bütün Belorus KİV-lərinin yenidən qeydiyyatdan keçməsi nəzərdə tutulub. Rusiyanın digər mətbuat orqanı - "Novıe izvestiya" qəzeti yazır ki, Belorusda hazırda 30 qeyri-dövlət mətbuat orqanı yayımlanır. Onlardan ikisi müxalifətə məxsus olduğu üçün, ölkənin sərhədlərindən kənarda dərc olunur. Çünki yerli mətbəələrin heç biri bu qəzetlərin çapına razılıq vermir. "Nezavisimaya qazeta" isə Belorusda dövlətə məxsus olmayan bir gündəlik, iki həftəlik ictimai-siyasi qəzetin yayımlandığını bildirir. Qəzetin yazdığına görə, digər mətbuat orqanları yalnız internetdə "fəaliyyət göstərirlər". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar