SON XƏBƏRLƏR

Bəluc idmançı: “Oğru məsullara görə İrana qayıtmayacam”

2021.10.20, 07:36
Bəluc idmançı: “Oğru məsullara görə İrana qayıtmayacam”

Gunaz.tv

GünAz TV: İran milli komandası tərkibində Asiyada keçirilmiş ağırlıq qaldırma idman növü üzrə gümüş mükafatın sahibi, bəluc idmançı Əmir Məhəmməd Şəhnəvazi İnstagram səhifəsində yaşadığı ölkəyə qayıtmayacağını deyib.

 

O bildirib ki, insanların canına daraşmış oğru məmurlara görə İrana qayıtmayacaq.

 

Qeyd etmək lazımdır ki, Əmir Məhəmməd Şəhnəvazi ötən il Birləşmiş Ərəb Əmirliyinin ev sahibliyi ilə keçirilmiş ağırlıq qaldırma üzrə Asiya çempionatında 2-ci yeri qazanmışdı.

 

Sistan və Bəlucistan əyalətindən olan idmançı ölkədən qaçaq yolla Türkiyəyə, oradan isə Fransaya sığındığını deyib. O, bu addımının səbəbini ölkədəki ağır vəziyyət, irqi ayrı-seçkilik, eləcə də oğru və yarıtmaz məmurlarla əlaqələndirib.

 

İdmançı bildirib ki, beynəlxalq yarışlara öz hesabına gedib. Hətta bəzi məqamlarda yarış üçün getdiyi xarici ölkədə pulu olmadığından, gecələri küçələrdə yatmalı olub. İran dövləti onun heç bir yarış xərcini qarşılamayıb.

 

Digər tərəfdən, Əmir Məhəmməd Şəhnəvazi özünə qarşı kəskin irqi ayrı-seçkiliyə yol verildiyini deyib. Onun sözlərinə görə, yarışlar zamanı bəluc milli geyimi geyinməsi məsullar arasında ciddi narazılığa səbəb olub və buna görə kəskin təhdidlərlə üzləşib.

 

Əmir Məhəmməd Şəhnəvazi 2 il bundan öncə öz çıxış etdiyi idman növü üzrə İran çempionu olmuşdu. Bundan sonra onun Almaniyada keçiriləcək dünya çempionatında İranı təmsil edəcəyi deyilsə də, bu, baş vermədi. İdmançı bunu özünə qarşı yol verilən irqi ayrı-seçkiliklə əlaqələndirib. O, İranda bir çox idmançıya qarşı da oxşar münasibətin olduğunu bildirib.

 

“Əgər oğru və yarıtmaz məsullara rəğmən, İranda qalsaydım, sonum digər bəzi idmançılar kimi kasıblıq və narkomaniya olacaqdı”,- deyə Şəhnəvazi fikrini tamamlayıb.

 

Asiya çepionu və İran milli komandasının baş məşqçisi olmur Məcid Təlxabi isə ölkədə ağırlıq qaldırma idman növünün vəziyyəti ilə əlaqəli bildirib: “Bir qrup savadsız İran iqtisadiyyatı kimi, bu idmanı da pis vəziyyətə salıb.”

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar