SON XƏBƏRLƏR

Berlində Tehran səfirliyi qarşısında İranda qanunsuz həbslərə etiraz olaraq aksiya keçirilib

2021.10.20, 07:36
Berlində Tehran səfirliyi qarşısında İranda qanunsuz həbslərə etiraz olaraq aksiya keçirilib

Gunaz.tv

GünAz TV: Yanvarın 28-də İranın Berlindəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

 

“Berlində yaşayan iranlı siyasi mühacirlər təşkilatı” və “İranda siyasi məhbusların müdafiə təşkilatı” tərəfindən təşkil edilmiş aksiyada etirazçılar İranda son aylar ərzində siyasi, işçi və digər fəallara qarşı həyata keçirilən repressiv siyasəti pisləyiblər.

 

Aksiyada iştirak edənlər əllərində açdıqları plakardlarda İran rejiminin repressiv siyasətlərinə qarşı şüarlar yer alıb. Etirazçılar İsmayıl Bəxşi, Sepide Qəliyan, Əli Nicati və digər bu kimi işçi fəalların dərhəl və qeyd- şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

 

Xatırladaq ki, İranda son aylar ərzində “Həft- Təpə” şəkərqamışı zavodunun, eləcə də digər bölgələrdə yerləşən müəssisələrin işçilərinin əmək haqlarının gecikməsinə görə keçirdikləri etiraz aksiyaları nəticəsində İsmayıl Bəxşi də daxil olmaqla, bir neçə işçi həbs edilib.

 

İsmayıl Bəxşi girov müqabilində zaminə buraxılandan sonra təcridxanada işgəncəyə məruz qaldığını demişdi. O, buna görə “ETTELAT” nazirini canlı televiziya debatına dəvət etmişdi. Lakin bütün bu faktlara baxmayaraq, məsələ araşdırılmaq əvəzinə, İsmayıl Bəxşi bir neçə gün öncə polisə bəhanəsi ilə yenidən həbs olunub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar