“Bəsic” komandanı: “İsrailin məhv olunması, islam respublikasının əsas arzularından biri sayılır”

2017-05-08 09:53

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının komandanı Qulamhüseyn Qeybpərvər, mayın 7-də jurnalistlərə açıqlamasında prezident Həsən Ruhaninin bir neçə gün əvvəl keçirilən debatda dolayısıyla “Sepah”ı tənqid etməsinə reaksiya verib.

 

“Bəsic” komandanı, İran prezidentinin adını çəkməsə də, onu prezidentliyə namizədlər arasında keçirilmiş ikinci debatda ölkədə istehsal edilən raketlər üzərində İsrailə qarşı şüarlar yazılmasını üstörtülü şəkildə tənqid etməsinə cavab verib: “Raketlərimiz üzərində “İsrailə ölüm” şüarı yazılması məgər pis işdir. Ümumiyyətlə İsrailin məhv olunması bizim və İran İslam Respublikasının əsas arzu və məqsədlərindən biri sayılır”.

 

Mayın 5-də İran Dövlət Televiziyasından canlı yayımlanan prezidentliyə namizədlər arasında keçirilən ikinci debatda, İran prezidenti Həsən Ruhani öz çıxışında “Sepah”ın adını çəkmədən dolayısıyla bəzi qüvvələrin onun hökumətinin Qərblə əldə etdiyi nüvə sazişini sual atında qoymaq üçün atdığı addımından gileylənib. Ruhani deyib ki, həmin qüvvələr, “Sepah”ın gizli və yeraltı silah-sursat anbarlarının şəkillərini çəkərək və raketlərin üzərində ivrid dilində şüarlar yazaraq Qərbi qıcıqlandırmağa və əldə edilən nüvə sazişinə zərbə vurmağa çalışıblar.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Polşa NATO sərhədlərini qorumaq üçün türk PUA-larını göndərəcək

2021-06-20

gun az article

Ermənistanda seçki məntəqəsində atışma olub

2021-06-20

gun az article

AZAL Tel-Əvivə xüsusi uçuşlara başlayır

2021-06-20

gun az article

Ermənistanda seçki gərginliyi: Polis Köçəryanın qərargahına basqın etdi

2021-06-20

gun az article

Bolnisidə silahlı insident: abxaz gənc öldürüldü

2021-06-20

gun az article

Bayden İsrail prezidenti ilə görüşəcək

2021-06-20

gun az article

Anar Eyvazov: “Hazırda mütəxəssislər mina xəritələrinin tam təhlilini aparır”

2021-06-20

gun az article

Mövlut Çavuşoğlu: “Ermənistan səhvlərindən dərs alıb sülhlə bağlı fürsəti dəyərləndirsin”

2021-06-20

gun az article

Ermənistanda parlament seçkiləri başlayıb

2021-06-20

gun az article

Azərbaycan XİN Ermənistana cavab verdi

2021-06-19

gun az article

Fransada təyyarənin partlaması nəticəsində 2 nəfər ölüb

2021-06-19

gun az article

İstanbulda zəlzələ olub

2021-06-19

gun az article

Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub, ölən yoxdu

2021-06-19

gun az article

Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı açıqlandı

2021-06-19

gun az article

Pakistan Quru Qoşunlarının komandanı Azərbaycana gələcək

2021-06-19

gun az article

Rusiyada təyyarə sərt eniş edib – 7 nəfər ölüb, yaralılar var

2021-06-19

gun az article

Xamneyi: “Bu seçkinin böyük qalibi İran millətidir”

2021-06-19

gun az article

Azərbaycan şahinləri “Anadolu Qartalı – 2021”ə hazırlaşır – FOTO

2021-06-19

gun az article

Ceyhun Bayramov: "Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq"

2021-06-19

gun az article

Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək

2021-06-19