Bəsic komandanının müavini: “Son etirazlar İran İslam Republikasına qarşı geniş miqyaslı dünya müharibəsi idi”

22.11.2019, 14:15

GünAz TV: İranlı rəsmilərin son etirazlarla bağlı gülünc bəyanatlarının davamında bu dəfə Bəsic komandanının əməliyyat işləri üzrə müavini Salar Abnuş oxşar bəyanatla çıxış edib.

 

Həmədanda çıxış edən Abnuş etirazların yatırılmasını "möcüzə" adlandırıb.

 

“Son etirazlar İran İslam Respublikasına qarşı bir anlıq bütün ölkəni bürüyən geniş miqyaslı dünya müharibəsi idi. Bizi bu müharibədən yalnız Allah qorudu”, - deyə Bəsic komandanının müavini əlavə edib.

 

O da etirazları “xarici qüvvələr”lə bağlayıb və bildirib ki, bu istiqamətdə həmin qüvvələrlə “koordinasiya üzrə hərəkət edənlərin etirafları” alındıqdan sonra cəmiyyətə əlavə məlumatlar veriləcək.

 

Salar Abnuş etirazçıların Amerika, İsrail və Səudiyyə Ərəbistanı kimi “şeytanlar ittifaqı” ilə əlaqələrinin olduğunu deyib. O, sözügedən “ittifaq”la və onların İranın daxilinə bu qədər geniş formada sızmaları ilə bağlı sübut və ya açıqlama təqdim etməyib, amma “koordinasiya və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ətraflı informasiyalar topladıqlarını” iddia edib.

 

Salar Abnuşun xalq etirazlarının böyük olduğunu etiraf etməsinə baxmayaraq, bir neçə gün öncə prezident Həsən Ruhani etirazçıların sayının çox az olduğunu iddia etmişdi.

 

Bəsic rəsmisi həmçinin etirazlar zamanı ölkə ərazisində internetin kəsilməsinin “fitnəkarların təşkilatlanmasına böyük zərbə vurduğunu” deyib.

 

O, sonda “dini lider” Əli Xamneyinin “fitnəkarların planlarını məhv etmək üçün” benzinin qiymətinin qaldırılmasına dəstək nümayiş etdirdiyini bildirib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29