SON XƏBƏRLƏR

“Bəsic” rəsmisi: “Ümid edirəm ki, amerikalılar ağıllı olacaq və belə ağılsız hərəkəti etməyəcəklər”

2021.10.20, 07:36
“Bəsic” rəsmisi: “Ümid edirəm ki, amerikalılar ağıllı olacaq və belə ağılsız hərəkəti etməyəcəklər”

Gunaz.tv

GünazTV: “Sepah”ın nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatı komandanının müavini Paşa Məhəmmədi aprelin 8-də jurnalistlərə açıqlamasında Amerikanın “Sepah”ı terrorçu qruplaşmalar siyahısına salmaq niyyətində olması barədə yayılan xəbərlərə reaksiya verib.

 

O Vaşinqtonu təhdid edərək bildirib ki, Amerika rəhbərləri ağıllı olmalı, belə bir addımı atmaqdan çəkinməlidirlər: “Əgər Amerika “Sepah”ı terrorçu qruplar siyahısına daxil etsə, onun bölgədə və dünyada bütün mənafeyi təhlükəyə düşəcək. Amerika rəhbərlərinin İrana qarşı etdiyi hərəkətlər düşmənçilik üzündəndir. Çünki, İran İslam Respublikasının başçılığı ilə Qərbi Asiyada formalaşan müqavimət cəbhəsi, dünya zülmkarlarının regionda və dünyada ardıcıl məğlubiyyətinə gətirib çıxarıb. Bu məğlubiyəti isə qəbul etmək, amerikalılar üçün çox çətindir.

 

“Sepah”ın baş komandanının dediyi kimi, əgər amerikalılar səhvə yol verib “Sepah”ı terrorçu qruplar siyahısına salsalar, “Sepah” buna kəskin cavab tədbiri görəcək və Amerikanın bölgədə və dünyada bütün mənafeyi təhlükəyə düşəcək”-deyə Paşa Məhəmmədi əlavə edib.

 

 

Xatırladaq ki, “Röyters” agentliyi aprelin 5-də adlarının çəkilməsini istəməyən 3 Amerika rəsmisinə istinadən, Tramp hökumətinin “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etmək niyyətində olması barədə məlumat yayıb. Bildirilir ki, ABŞ Dövlət Departamentinin “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etməsi ilə bağlı xəbər, aprelin 8-də və ya 9-da rəsmən elan edilə bilər.  

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar