SON XƏBƏRLƏR

Bəsic Təşkilatının rəhbəri: “Məhəllələrdə olan qüvvələrimizin sayını artırmaq əsas prioritetlərimizdəndir”

2021.10.20, 07:36
Bəsic Təşkilatının rəhbəri: “Məhəllələrdə olan qüvvələrimizin sayını artırmaq əsas prioritetlərimizdəndir”

Gunaz.tv

GünAz TV: İranın Bəsic Təşkilatının rəhbəri Qulamrza Süleymani məhəllələrdə gizli fəaliyyət göstərən, daha doğrusu xalqdan casusluq edən qüvvələrinin sayının çoxaldılmasının agendada duran əsas məsələlərdən olduğunu deyib.

 

O, rəhbərlik etdiyi təşkilatın məscidlərə əsaslanan Bəsic bazalarının yenidən təşkil edilməsi və onların potensiyalının artırılması, bütün kateqoriyalar üzrə qadın Bəsic təşkilatı və Bəsic Universiteti yaratmaqla bağlı planının olduğunu bildirib.

 

Qulamrza Süleymani həmçinin Bəsic Təşkilatının gələn ilin mart ayından başlayacaq yeni 5 illik strateji plan hazırladığını deyib, lakin bu planın detallarına toxunmayıb.

 

Xatırladaq ki, ötən günlər ərzində “məhəllələrin idarə edilməsi” layihəsinin bəsicilərin bütün məhəllələrdə saylarının artırılması ilə genişləndirildiyi barədə məlumatlar yayılırdı. Hazırda İranın müxtəlif şəhərlərində icra edilən “islami məhəllə” planına əsasən, Bəsic Təşkilatı həmin məhəllələrdə öz qüvvələrinin sayını artırıb.

 

Noyabr ayının 27-də Bəsic üzvləri ilə görüşən “dini lider” Əli Xamneyi onları “ölkənin bütün məhəllələrində hazır strategiya və taktitakalara sahib olmağa, məhəllələrdə saylarını artırmağa və məscidlərlə əlaqələrini gücləndirməyə” çağırmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar