Bəxtiyar vahabzadə. SUAL - CAVAB (musahibə1)

2008-05-06 23:56

SUAL - CAVAB Hörmətli oxucular, Bugündən etibarən səhifəmizdə “Sual-Cavab” guşəsi açılmışdır. Bu guşədə siz xalq şairi Bəxtiyar Vahabzadəyə müxtəlif mövzularda suallara cavablar ala bilərsiniz. Suallarınızı vermək üçün xahiş edirik ki, formdan istifadə e

Gunaz.tv Quote | Gunaz article

SUAL - CAVAB Hörmətli oxucular, Bugündən etibarən səhifəmizdə “Sual-Cavab” guşəsi açılmışdır. Bu guşədə siz xalq şairi Bəxtiyar Vahabzadəyə müxtəlif mövzularda suallara cavablar ala bilərsiniz. Suallarınızı vermək üçün xahiş edirik ki, formdan istifadə edəsiniz. Cavablarınız isə bu səhifədə dərc ediləcəkdir. *** Sizə xalq şairinin «Sahil» İnformasiya və Araşdırma Mərkəzinə verdiyi müsahibənin əsas məqamlarını çatdırırıq. - Hörmətli Bəxtiyar müəllim, bir ziyalı, el ağsaqqalı kimi bugün cəmiyyətimizdə Sizi ən çox narahat edən problemlər hansılardır? Heç şübhəsiz bir vətəndaş kimi, bir Azərbaycanlı kimi məni ən çox narahat edən məsələ Qarabağ məsələsidir. Bugünki problemlərimizin əsas qaynağı torpaqlarımızın böyük bir qisminin işğal altında olmasıdır. Əgər biz bu müharibəyə cəlb edilməsəydik, yəqin ki, təbii və mədəni sərvətlərimizin köməyi ilə çox qabağa gedərdik. Erməni təbliğatını, yazılarını oxuyanda adamı dəhşət götürür. çünki onlar ifrat dərəcədə elə yalanlar yazırlar ki, adam təəccüb edir. Məsələ, sizə bir faktı deyim. Mötəbər arxiv mənbələrinin verdiyi məlumata görə (bu mənbələrin çoxu çar Rusiyasının arxivlərinə mənsubdur), Qafqaz ermənilərin ana vətəni deyildir. 1828-1832-ci illər arasında 40 min erməni İrandan, 80 min erməni isə Türkiyədən Qarabağa köçürülüb. 1978-ci ildə Qarabağ erməniləri İrandan Qafqaza köçmələrinin 150 illiyini qeyd etdilər və bunun şərəfinə Ağdərədə (Mardakert) bir bulaq kompleksi tikdilər. Bulağın üstündə erməni əlifbası ilə 1828-1978 rəqəmləri və bu yubileyə həsr olunmuş yazılar var idi. Ancaq maraqlı burasıdır ki, 1988-ci ildə Qarabağ müharibəsi qızışmaya başlayanda ermənilər iz itirmək üçün öz əlləri ilə tikdikləri bu bulağı dağıtdılar. İndi də iddia edirlər ki, Qarabağ torpaqları onlara babalarından miras qalıbdır. Bu münaqişə başlayan kimi təklif etdim ki, qoy dünya ictimaiyyəti bu məsələnin həllini Qafqazın tarixini gözəl bilən bitərəf alimlərə həvalə etsin. Qoy onlar qərar versinlər ki, Qarabağ torpağı üstündə mülkiyyət haqqı hansı millətə məxsusdur. Siz bir qonşularımızdakı həyasızlığın dərəcəsinə baxın ki, 200 il əvvəl onları qəbul etdik, daha doğrusu Rus höküməti onları bizim torpaqlarımızda, evlərimizdə yerləşdirdi. Ancaq indi onlar bizi öz evlərimizdən qovurlar. Atalarımız demişkən, «yersiz gəldin, yerli qaç». İndi mən ona məəttəl qalmışam ki, işğala məruz qalan bizik, öldürülən bizik, amma yenə də günahkar olan biz, cəzalandırılan da bizik. Hər zaman ədalətdən, demokratiyadan dəm vuran mədəni ölkələr niyə görəsən bu acı həqiqələtlərə göz yumurlar ? Mən bunu bizə qarşı tətbiq olunan «mənəvi terror» adlandırardım. çox təəsüf ki, bu gün mədəni dünya erməni işğalına, erməni terroruna, hətta ASALAya göz yumur. O ASALA ki, təxminən 30 il əvvəl dünyanın 40 ölkəsində 40-a yaxın Türk diplomatını qətlə yetirdi. Diplomatiya müqəddəs vəzifədir, onlar sülh məramlı missiyanın elçiləridir, elçiyə toxunmaq olmaz. Bunu ancaq ASALA kimi mənəviyyatdan uzaq, insanlaqdan uzaq terrorçu təşkilatlar törədə bilərlər. Hətta bu yaxınlarda mediada ASALA təşkilatının «ölüm siyahısı» haqqında xəbərlər yayıldı. Bu qara siyahıda 42 Azərbaycan ziyalısının, o cümlədən mənim adım var. Bizim qətlimizə fərman verilib. İndi bu terrorçu təşkilatına Amerikada, Avropada himayə edən «mədənilərə», «demokratlara» nə deyəsən? Ermənilərin bizə qarşı təbliğatı bütün dünyada baş alıb gedir. Hamısı yalan, hamısı böhtan. Neçə dəfə şahid olmuşam ki, Azərbaycana ilk dəfə gələn əcnəbilər ilk günlər Bakıda qorxu, ehtiyat ilə gəzirlər. Səbəbinin soruşanda belə izah edirlər ki, Avropada yayılan erməni təbliğatına görə siz Azərbaycan Türkləri qeyri-mədəni, barbar bir millətsiniz. Ancaq sonralar Azərbaycana daha yaxşı bələd olan bu qonaqlarımız bu fikirlərinin səhv olduğunu başa düşürlər. İndi mənə deyin biz barbar olub neynəmişik? İndiyə kimi kimin torpağına, namusuna göz tikmişik, kimi asıb-kəsmişik? özlərinə mədəni deyən ermənilər gəlsinlər mədəniyyətlərimizi müqayisə edək. İndiyə kimi mənim Nizamimə, Füzulimə, ü. Hacıbəyovuma tay sənətkar yetişdirə biliblərmi? Ən çox fəxr etdikləri Sayat Nova şerlərinin 70-80 faizini Azərbaycan türkcəsində yazıb. Bəlkə bunu da inkar edirlər? XVIII- XIX- əsrlərdə Qərbi Azərbaycanda yaşayan erməni aşıqlarının böyük bir əksəriyyəti şerlərini bu dildə yazıblar. Ancaq siz mənə ermənicə yazan bir Azərbaycanlı şair, aşıq tanıdabilərsinizmi? Əlbəttə, ölkədə olan iqtisadi böhran, xalqın güzəranının pisləşməsi, işsizlik və s. də məni ciddi şəkildə ağrıdan məsələlərdir. Ancaq ümidvaram ki, Qarabağ probleminin həlli bu məsələlərin həllinə da cığır açacaq. Biz Qarabağı mütləq azad etməliyik. Biz sadəcə torpaq yox, eyni zamanda mənəviyyatımızı itirmişik. çünki Qarabağ Azərbaycanın musiqi, mədəniyyət beşiyidir. üzeyir bəyin sənətini axıdan çayın qabağı kəsilib. Bu gün Qarabağın geri qaytarılması üçün əlimizdən gələni etməliyik. Mən hələlik sülh tərəfdarıyam. Ancaq sülh ilə ermənini başa sala bilməsək onda müharibə labüd olacaq. - Milli şüurun, vətənpərvərlik duyğularının daima oyaq saxlanması istiqamətində hansı addımlar atılmalıdır? Bu işin konkret cavabdehi kimdir? çox gözəl sualdır. Təəsüflər olsun ki, milli vətənpərvərlik işləri bizdə çox zəif gedir. Vətəndaşda milli şüurun oyadılmasında ən təsirli metod təbliğatdır. Milli mədəniyyətə, adət-ənənələrimizə, vətənpərvərlik hissinə sadiq vətən övladını yetişdirmək üçün gərək onu bu dəyərlər ilə böyüdəsən. Tarixini, mədəniyyətini, dilini bilməyən, başa düşməyən insan Vətənini, xalqını tanıya bilməz, onu sevə bilməz. İstər ölkəmizdə, istər Cənubi Azərbaycanda, istərsə də xaricdə yaşayan həmvətənlərimiz arasında bu məsələyə ciddi qayğı və səy göstərmək lazımdır. Mən çox arzu edərdim ki, bizim televiziya və radio kanallarımız, qəzet və curnallarımız bu məsələyə xüsusi diqqət yetirsinlər. çünki vətəndaşı Vətənə layiq bir övlad kimi yetişdirmək sadəcə dövlətin və hökümətin işi deyildir. Qeyri-hökümət təşkilatlarımız, ziyalılarımız bu istiqamətdə bacarıqlarını əsirgəməməlidirlər. Onların hamısı bu tarixi missiyasına cavabdehidirlər. Vətənimizin cənub parçasında yaşayan və xarici ölkələrdə məskunlaşmış olan soydaşlarımız milli dildə məktəb, təhsil işinə ciddi yanaşmalıdırlar. İranda Azərbaycan Türklərinin Fars dilinin ciddi təsiri altında qaldığını söyləmək istərdim. Onlar Türk dilində danışsalar da, bunu Fars dilinin qrammatikasının köməyi ilə həyata keçirirlər. Cavad Heyət «Varlıq» adında curnal nəşr etməyə başlayanda ona irad tutdular ki, bu nədir, sən niyə Bakı ləhcəsində yazırsan. Halbuki C. Heyət Fars dilindən arındırılmış təmiz bir Azərbaycan Türkcəsi ilə yazırdı... Mən bu faciənin kökünü savadsızlıqda, məktəbsizlikdə görürəm və inanıram ki, Cənubi Azərbaycan bir gün mədəni muxtariyyət alacaq. Milli dildə məktəblərin açılması, məcmuələrin, qəzetlərin çapı ilə bu problem də tədricən aradan qalxacaq. Xaricdə yaşayan soydaşlarımız da bu məsələni çox ciddi qəbul etməlidirlər. çalışmalıdırlar ki, Azərbaycandan uzaqda boya-başa çatan övladlarımız öz dillərini bilsinlər, öz mədəniyyətlərinə bələd olsunlar. Təkrar edirəm, yenə də bunun üçün məktəb və milli dildə təhsil labüddür. Din faktoru barədə də danışmaq istəyirəm. Sovet dövründə dinimizi əlimizdən aldılar. Dinin əks-təbliği ilə onu bizə unutdurdular, yadlaşdırdılar. Ancaq mən deyərdim ki, İslam ilə Azərbaycancılıq bir-birinə çox bağlıdır. İslamdan ayrı bir Azərbaycan fikirləşə bilmirəm. 70 il dini bizə unutdurmağa çalışdılar. Deyin görüm İslamın nəyi pisdir? Məgər din bizə buyurmur ki, təmiz ol, düzgün ol, xeyirxah ol? Belə dəyərlərdən indiyə kimi kim zərər görüb ki, biz də xeyir tapmayaq? Onun üçün deyirəm ki, milli vətənpərvərlik hisslərinin daima oyaq saxlanmasında dini faktor çox əhəmiyyətlidir. Mənim ulu babalarım dininə sadiq olduqları dövrlərdə öz vətənlərinə da sadiq qalıblar. Rəsulzadə babamın yüksəltdiyi bayrağın bir zolağı İslamı təmsil edir. Babam Cavad Xan Ramazan ayında, oruclu, dilində «Allahu-Əkbər» nidası ilə Gəncəni müdafiə edərkən şəhid oldu. Məgər mən babamdan çox bilirəm ki, dinimdən uzaqlaşım? Mən çox təklif etdim ki, məktəblərimizdə dinimizin əsasları tədris edilsin, balalarımıza kəlimeyi-şəhadət və s. öyrədilsin. - Dünya Azərbaycanlılarının birliyini necə görürsünüz? Bu birlik hansı təməllər üzərində qurulmalıdır? Soydaşlarımıza ne arzulamaq istərdiniz ? Tarix boyu bizim evimizi yıxan parçalanmalar olub. Vətən xanlıqlara, xanlıqlar şəhərlərə, kəndlərə, axırıncılar da məhəllələrə bölünüb. Bir-birimizə düşmən kəsilmişik tarix boyu. Əslində özümüz-özümüzə düşmən kəsilmişik. Dünən yaşadığımız məğlubiyyəti, işğalı yenidən yaşamamaq üçün gərək dünənki səhvləri təkrar etməyək. Bizi birləşdirən bir çox ortaq dəyərlər vər: dilimiz, dinimiz, mədəniyyətimiz və nəhayət vahid Vətənimiz. Məgər bu saydıqlarım bizi birləşdirməyə yetmir? Birləşmək üçün təməllər axtarırıq. Mənə elə gəlir ki, Azərbaycan bayrağının təmsil etdiyi rəmzlər buna kifayətdir: Türkçülük, Müasirlik və İslam. Babalarımız bu dəyərlərin işığı altında 1918-ci ildə birləşməyi bacardılar və dövlətçiliyimiz naminə çox böyük müvəffəqiyyətlərə nail oldular. Bəs biz nəyi gözləyirik? Mən də bu gün həmvətənlərimizi bu bayrağın işığı altında birliyə çağırıram. Biz gərək bir-birimizi tanıyaq ki, birləşə bilək. Bunun üçün gediş gəlişlər, tanışlıqlar artmalıdır. Bir-birimizə qız verib, qız almalıyıq. Xaricdə yaşayan vətən övladı imkan daxilində tez-tez Vətənini müqəddəs bir məkan kimi ziyarət etməlidir. Bizim tək Vətənimiz var, adı da Azərbaycandır. Azərbaycanlı adını daşıyan hər bir kəs Ana Vətənə olan övladlıq borcunu ləyaqətlə yerinə yetirməlidir. Vətəndə yaşayanlar Vətəni çiçəkləndirməli, xaricdə yaşayanlar isə güclü diasporaları vasitəsilə ona dəstək verməlidirlər. Son olaraq bu çətin günlərimizdə hamını ortaq amallar uğrunda birliyə çağırıram. Sizlərə, «Sahil» İnformasiya və Araşdırma Mərkəzinə belə əhəmiyyətli işlərinə görə öz dərin təşəkkürlərimi bildirirəm. http://www.vahabzade.net
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12