SON XƏBƏRLƏR

Beynəlxalq Ana Dili Günü münasibəti ilə onlarla türkcə kitab paylanılıb – Təbrizdə

2021.10.20, 07:36
Beynəlxalq Ana Dili Günü münasibəti ilə onlarla türkcə kitab paylanılıb – Təbrizdə

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində Beynəlxalq Ana Dili Günü münasibəti ilə onlarla türkcə kitab paylanılıb.

 

Azərbaycanlı fəallar kitabları fevralın 21-i Beynəlxalq Ana Dili Günündə Təbriz sakinləri arasında paylayıblar.

 

İran rejimi bu kimi hərəkətlərə təhlükəsizlik məsələsi kimi baxır, buna baxmayaraq fəallar bütün təhlükələri göz önünə alaraq mədəni fəaliyyətlərini davam etdirir.

 

Məlumata görə, Azərbaycan Milli Hərəkatı fəallarının bu hərəkəti təbrizli ailələr və uşaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

İran konstitusiyasına əsasən fars dili ilə yanaşı ölkədə bütün millətlərin dilinin tədris olunması sərbəstdir. İslam inqilabından təxminən 40 il keçir, lakin konstitusiyanın 15-ci maddəsi icra olunmur. Bir çox soydaşımız isə türk dilinin tədris olunması deyil, türk dilində təhsil almağı tələb edir və bu istiqamətdə mübarizə aparır. Beynəlxalq Ana Dili Günü ərəfəsində türk dilində təhsil tələbi ilə həyata keçirilən tədbirlər də bu sıradandır.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar