“Reuters” agentliyi və “Wall Street Jorunal” Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə razılaşmasından daha çox uzaqlaşdığı barədə atdığı addımlardan bəhs edən yeni hesabatına əl tapdıqlarını bildiriblər.
Gunaz.tv
Wall Street Journal və Reuters, 10 Fevral çərşənbə günü BAEA-nın hesabatına istinad edərək, İran İslam Respublikasının daha inkişaf etmiş yeni santrifüj nəslinin qurduğunu bildiriblər.
Nüvə razılaşmasına görə, İran kiçik miqyaslı zənginləşdirmək üçün yalnız birinci nəsil santrifüjlərdən istifadə edə bilər. Ancaq agentlik İranın keçən il daha inkişaf etmiş IR2M santrifüjlər quraşdırmağa başlatdığını və daha üçünü qurmağa hazırlaşdığını açıqladığını söyləyib.
C.E