SON XƏBƏRLƏR

Beynəlxalq Atom Enerjisi Agentliyi: “İranın zənginləşdirilmiş uran ehtiyatının həcmi nüvə sazişində nəzərdə tutulandan çoxdur”

2021.10.20, 07:36
Beynəlxalq Atom Enerjisi Agentliyi: “İranın zənginləşdirilmiş uran ehtiyatının həcmi nüvə sazişində nəzərdə tutulandan çoxdur”

Gunaz.tv

GünazTV: Beynəlxalq Atom Enerjisi Agentliyi avqustun 30-da İranın nüvə sazişinin şərtlərini pozaraq, zənginləşdirilmiş uran ehtiyatının həcmini artırması barədə yeni hesabat yayıb.

 

Hesabatda bildirilir ki, İran İslam Respublikası nüvə sazişinin şərtlərinə riayətlə bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq, zənginləşdirilmiş uran ehtiyatının həcmini getdikcə artırıb: “Hazırda İranın zənginləşdirilmiş uran ehtiyatının həcmi 241.6 kiloqrama qədər yüksəlib. Bu isə Agentliyin iki ay əvvəlki hesabatında öz əksini tapmış İranın zənginləşdirilmiş uran ehtiyatından 36.6 kiloqram, nüvə sazişində (“Bərcam-da”) təyin edilmiş miqdardan isə 38.8 kiloqram çoxdur” –deyə hesabatda bildirilir.

 

Xatırladaq ki, İranla nüvə sazişini imzalamış üç avropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) bundan əvvəl dəfələrlə bəyanat yayaraq, İranı nüvə sazişinin şərtləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıblar.

 

İran hökuməti isə son aylar Avropa ölkələrini nüvə sazişi ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə və İrana verdikləri bəzi iqtisadi vədlərə əməl etməməkdə günahlandıraraq, sazişlə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını tədricən azaltmağa başlayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar