SON XƏBƏRLƏR

Beynəlxalq Cüdo Federasiyası İranı bütün yarışlardan məhrum edib

2021.10.20, 07:36
Beynəlxalq Cüdo Federasiyası İranı bütün yarışlardan məhrum edib

Gunaz.tv

GünazTV: Beynəlxalq Cüdo Federasiyasının (IJF) İnizam Komissiyası oktyabrın 22-də bəyanat yayaraq, İranı bütün beynəlxalq cüdo yarışlarından məhrum etdiyini açıqlayıb.

 

IJF-in İntizam Komissiyasının dünən keçirilmiş iclasında bildirilib ki, İran idmançıları Beynəlxalq Cüdo Federasiyasının əsasnaməsini pozduqlarına təkcə beynəlxalq yarışlardan yox, həm də bütün inzibati və ictimai tədbirlərə qatılmaq hüququndan da məhrum ediləcəklər.  

 

Xatırladaq ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) bu ilin sentyabr ayında Yaponiyada keçirilmiş dünya çempionatındakı hadisə ilə əlaqədar İranı yarışlardan müvəqqəti olaraq kənarlaşdırmışdı.  

 

Buna səbəb, avqustun 28-də iranlı cüdoçu Səid Molayinin  İran Cüdo Federasiyası və ölkə rəhbərliyinin göstərişi ilə İsrail təmsilçisi Saqi Mukiilə mümkün görüşün qarşısını almaq üçün turnirdə iştirakdan imtina etməsi olub.

 

Az sonra Almaniyaya sığınan və ölkəyə qayıtmaqdan imtina edən Səid Molayi jurnalistlərə açıqlamasında deyib ki, o, federasiya və İran rəhbərliyinin göstərişi və təzyiqi ilə İsrail təmsilçisi ilə görüşməmək üçün öz rəqibinə qəsdən uduzmaq məcburiyyətində qalıb.

 

Bildirilir ki, əgər İran ona qarşı tətbiq edilən cəzanın aradan qaldırılmasını istəyirsə, Beynəlxalq Cüdo Federasiyasının əsasnaməsinə hörmətlə yanaşmalı, təşkilatın nizamnaməsinə uyğun davranacağına dair zəmanət verməlidir. 

 

İranlı cüdoçu Səid Molayi

 

Qeyd olunur ki, İranın bu qərara etiraz bildirmək və ona yenidən baxılması üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməsi üçün 21 gün vaxtı var.

 

A.M

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar