Beynəlxalq Əfv Təşkilatı 2019-cu il etirazlarında həbs edilən güney azərbaycanlılarla bağlı hesabat yayıb

2020-09-03 13:29

Beynəlxalq Əfv Təşkilatının son hesabatında İranda 2019-cu ilin noyabr ayında keçirilən etirazlar zamanı saxlanılan güney azərbaycanlıların vəziyyəti öz əksini tapıb.

Gunaz.tv Quote | Gunaz article

Hesabat Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti tərəfindən farscaya da tərcümə edilib.

 

Beynəlxalq Əfv Təşkilatın raportunda bir neçə güney azərbaycanlı fəal, o cümlədən, Əkbər Mühaciri, Əyyub Şiri, Davud Şiri, Babək Hüseyni Müqəddəm, Məhəmməd Mahmudi, Şahin Bərzgər, Nasir Xulusi və Səccad Şəhirinin 2019-cu ilin 15-19 noyabr tarixində və sonrakı həftələrdə saxlanmasına işarə olunub.

 

Bildirilib ki, bu şəxslər etiraz aksiyalarında iştirak etmədikləri halda Şərqi və Qərbi Azərbaycan əyalətlərində evlərində və ya öz iş yerlərində İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Hesabatda azərbaycanlı fəalların həbs olunduqları zaman, eləcə də həbs müddətində fiziki zorakılığa məruz qaldıqları və döyüldükləri vurğulanıb.

 

Bildirilib ki, saxlanılanlar 2 həftə İranın Ettelaat (Kəşfiyyat) nazirliyinin Təbrizdəki həbsxanasında saxlandıqdan sonra fevral ayında Təbrizin Mərkəzi zindanına köçürülüblər.

 

Milli fəalların bəzisi Ettelaat həbsxanasında tək nəfərlik kameralarda saxlanılıb. Onların heç birinə vəkillə görüşməyə imkan verilməyib.

 

Raportda həmçinin milli fəalların ailələrinə göstərilən təzyiqlər də öz əksini tapıb. Bildirilib ki, milli fəalların ailələrinə onların təhlükəsizlik səbəblərinə görə saxlandıqları deyilib,  əzizləri haqda heç bir məlumat verilməyəcəyi vurğulanıb.

 

Məsullar həmçinin milli fəalların ailələrindən birinə övladlarını istədikləri qədər təcridxanada saxlaya biləcəklərini deyib.

 

“Onların taleyi ilə artıq maraqlanmayın, çünki hamısını edam edəcəyik,” deyə hesabatda tutulan milli fəalların ailələrinə verilən məlumatla bağlı qeyd olunub.

 

Beynəlxalq Əfv Təşkilatının hesabatında həmçinin bildirilib ki, təhlükəsizlik məmurları saxlanılanları kamera qarşısında özlərinin əleyhinə etiraf etməyə məcbur ediblər.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19