Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18 11:21

Beynəlxalq Əfv Təşkilatı İranda prezidentliyə nazmidə, Məhkəmə sisteminin başçısı İbrahim Rəisi barədə açıqlama yayıb.

Gunaz.tv Quote | Gunaz article

Qurum hesab edir ki, onun barəsində "'insanlığa qarşı cinayət' törətdiyi üçün araşdırma başlanmalıdır.

AFP (Fransa Xəbər Ajansı) xəbər verir ki,  Beynəlxalq Əfv Təşkilatı İbrahim Rəisinin 1988-ci il cinayəti və digər kütləvi qətllərlə bağlı mühakimə edilməli olduğunu vurğulayıb.

"Bu cinayətə mütəşəkkil qaydada çox sayda adam öldürmə, zorla yoxa çıxarmaq və işgəncə ilə bağlı cinayətlər aiddir və mühakimə olunmalıdır. Habelə bu məsələ ümumdünya yurisdiksiyası (mühakimə etmə səlahiyyəti) prinsipinə bağlı ölkələr tərəfindən də izlənilməlidir"- təşkilatın yaydığı açıqlamada bildirilir.

Qeyd  olunur ki, 2019-cu ilin noyabr etirazlarının yatırılması İbrahim Rəisinin ölkənin məhkəmə sisteminə başçılıq etdiyi dövrdə baş verib: "Qanlı etirazlar zamanı yüzlərlə xanım, kişi və uşaq İranın əmniyət qüvvələri tərəfindən öldürülüb. Bu zorakılığı edənlər Rəisinin rəhbərliyi altında Məhkəmə Hakimiyyəti tərəfindən toxunulmazlıq verilib”. 

İbrahim Rəisi indi İran prezidentliyinə namizəd olduğunu vurğulayan “Amnesty International”ın bəyanatında qeyd edilir ki, o, fəaliyyəti dövründə qanunsuzluğa yol verib. 

"Bu şəxs məhkəmə orqanlarında işləyərkən öz vəzifəsindən və möveyindən sui-istifadə edib. Söhbət, ölkədə siyasi məhbusların kütləvi edamlarından gedir"-deyə, bəyanatda qeyd olunur.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

2021-08-04

gun az article

Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

2021-08-04

gun az article

Qaşqay bölgəsində yanğın dəhşəti: Bir ailənin 3 üzvü həlak oldu-VİDEO

2021-08-04

gun az article

Urmu və Ərdəbildə yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmır

2021-08-04

gun az article

Güney Azərbaycanda məktəb binaları çatışmır: Xeyriyyəçi iş adamları daha 3 məktəbin tikintisinə başlayıb

2021-08-04

gun az article

Sel və daşqın Qəzvin yollarına 20 milyard tümən ziyan vurub

2021-08-04

gun az article

İranda virus tüğyan edir: Xəstəxanalarda yer çatışmır, ölənlər kütləvi məzarlıqda basdırılır

2021-08-04

gun az article

Güney Azərbaycanda ekoloji böhran böyüyür: 4 göl quruyub-FOTOLAR

2021-08-04

gun az article

Tufarqanda güclü yanğın: 7 nəfər xəsarət alıb-VİDEO

2021-08-04

gun az article

Urmuda avtobus sürücüləri tətilə başladı

2021-08-04

gun az article

Milli fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb

2021-08-04

gun az article

GünazTV Aug.03.2021-Özümüz: Azərbaycan Sözünün Anlamı və Coğrafiyası

2021-08-03

gun az article

GünazTV Aug.03.2021-GÜNDƏM MASASI: Türkiyədə meşə yanğınları və İrançı-farsların tutumu

2021-08-03

gun az article

GünazTV August.01.2021: HƏFTƏ SONU 7-Cİ BÖLÜM

2021-08-03

gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03

gun az article

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

2021-08-03