SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı: “İran rəsmiləri interneti kəsməklə öz vəhşi repressiyaları ilə bağlı məlumatların sızmasının qarşısını almaq niyyətindədirlər”

2021.10.20, 07:36
Beynəlxalq Əfv Təşkilatı: “İran rəsmiləri interneti kəsməklə öz vəhşi repressiyaları ilə bağlı məlumatların sızmasının qarşısını almaq niyyətindədirlər”

Gunaz.tv

GünazTV: Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) noyabrın 18-də bəyanat yayaraq, İran rejiminin dinc etirazçılara qarşı repressiyalarından narahat olduğunu bildirib.

 

Bəyanatda bildirilir ki, İranda kütləvi dinc etirazlara qatılan onlarla aksiyaçının rejim qüvvələrinin atəşi nəticəsində öldürülməsi beynəlxalq ictimaiyyətinin ciddi nigaranlığına səbəb olub: “Ötən cümə günündən bu yana İranda dinc etirazlara qatılan onlarla insan öldürülüb, minlərlə etirazçı yaralanıb, 1000-dən çox aksiyaçı həbs edilib. Bu vəziyyət bizi dəhşətə salıb. İran rəsmiləri interneti kəsməklə öz vəhşi repressiyaları ilə bağlı məlumatların sızmasının qarşısını almaq niyyətindədirlər. Bu isə bizi nigaran edir. Biz isə məsələni araşdırırıq” –deyə, Amnesty İnternational beynəlxalq təşkilatın yaydığı bəyanatında qeyd olunur.

 

 

Noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı kütləvi etirazlar davam edir. Ölkənin 100-ə yaxın şəhərində keçirilən dinc etirazlarda 40-dan çox etirazçı rejim qüvvələrinin atəşi nəticəsində qətlə yetirilib, yüzlərlə aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 1500-dən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, etirazlar davam edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar