Beynəlxalq Əfv Təşkilatı İranda 4 sünni məzhəbli ərəb fəalına çıxarılan ölüm hökmünün ləğv edilməsini tələb edib

2021-02-13 14:08

Beynəlxalq Əfv Təşkilatı fevralın 12-də İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə məktub yazaraq, Xuzistan əyalətində 4 sünni məzhəbli ərəb fəalına qarşı çıxarılan ölüm hökmünün ləğv edilməsini və onların işinə yenidən baxılmasını tələb edib.

Gunaz.tv Quote | Gunaz article

Bildirilir ki, ölüm cəzasına məhkum edilən dörd ərəb fəalından 3-ü, Casim Heydəri, Əli Xəsrəci və Hüseyn Silavi hazırda İranın Xuzistan əyalətinin Əhvaz şəhərinin Şeyban zindanında saxlanılır. Dördüncü məhkum Nasir Xəfaciyanın isə harada saxlanıldığı bilinmir.


Beynlxalq Əfv Təşkilatının İbrahim Rəisiyə yazdığı məktubunda hər dörd məhkuma keçirilən məhkəmənin standart şərtlərinə uyğun olmaması, məhkəmə iclaslarının açıq və şəffaf keçirilməməsi və bir çox hallarda məhkumlardan işgəncələr altında yalançı etiraflar alınması kimi halların baş verdiyini vurğulayaraq, onlara çıxarılan ölüm hökmünün icrasının ləğv edilməsini və onların işinə yenidən baxılmasını tələb edib.


İran məhkəməsi hər 4 ərəb siyasi məhkumu 2017-ci ilin may ayında Əhvazın 40 kilometrliyində yerləşən polis qərargahına və Əhvazda daha bir polis mərkəzinə qarşı silahlı hücumda və hüquq-mühafizə qüvvələrinin 2 əməkdaşını qətlə yetirməkdə günahlandırır.


Məhkumlar isə, onlara qarşı irəli sürülən ittihamları rədd edərək, onlardan təzyiq və işgəncələr altında yalançı etiraflar alındığını bildirirlər. 


Qeyd edilir ki, hər dörd məhkum, barələrində çıxarılan ölüm hökmünə  etiraz əlaməti əlaməti olaraq, üç həftə əvvəldən dodaqlarını tikərək aclıq aksiyası keçirirlər. 


Xatırladaq ki, həmin ərəb məhkumlarla əməkdaşlıq etdiyi bildirilən və oxşar ittihamlarla ölümə məhkum edilən digər sünni məzhəbli ərəb fəalı, siyasi məhkum Əli Motiri 2020-ci il, yanvarın 28-də Əhvazın Şeyban zindanında dara çəkilib.

A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan və Gürcüstan arasında yeni sənədlər hazırlanır

2021-05-05

gun az article

Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə edib

2021-05-05

gun az article

Antoni Blinken: “İranda hər şey haqqında əsas qərarı Xamneyi verir”

2021-05-05

gun az article

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

2021-05-05

gun az article

Rusiyalı deputat: “Ağdamda gördüklərim hərbi cinayətdir”

2021-05-05

gun az article

İranda koronavirusdan daha 349 nəfər ölüb, 15 872 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-05

gun az article

Sistan-Bəlucistanda insident: İki sünni bəluc SEPAH silahlıları tərəfindən güllələndi

2021-05-05

gun az article

“Yol ver türkün bayrağına”-İstiqlal şairinin anım günüdür

2021-05-05

gun az article

İranın Rəzəvi Xorasan əyalətində axşam şənliyinə qatılan 16 qadın və kişi həbs edilib

2021-05-05

gun az article

Gürcüstanın Baş naziri Azərbaycana gəlib

2021-05-05

gun az article

Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA

2021-05-05

gun az article

Bakı-Xırdalan-Sumqayıt dəmiryol xətti üzrə sərnişin daşımaları bərpa edilir

2021-05-05

gun az article

Xınalığa qar yağıb

2021-05-05

gun az article

Mübariz İbrahimov küçəsi təmir olunur - FOTOLAR

2021-05-05

gun az article

Baş stomatoloq əhalini peyvənd vurdurmağa çağırıb

2021-05-05

gun az article

Qorxmaz Hüseynov “Azərsu” ASC-nin sədri vəzifəsindən azad edilib

2021-05-04

gun az article

ÜST həyəcan təbili çaldı - COVID-19-dan ölənlərin sayı artıb

2021-05-05

gun az article

Əfqanıstanda həkimləri daşıyan avtobus partladılıb, ölən və yaralananlar var

2021-05-05

gun az article

Xalq şairi Fikrət Qoca vəfat edib

2021-05-05

gun az article

XİN: Ermənistanın Şuşada aparılan təmir işləri ilə bağlı iddiaları əsassızdır

2021-05-04