Beynəlxalq Əfv Təşkilatından İrana ÇAĞIRIŞ: "Siyasi məhbuslarl azad edin"

2021-03-23 15:43

Təşkilat yeni günəş ilinin başlanması ilə bağlı bəyanat yayıb. Sənəddə insan haqları ilə bağlı anlaşmaları pozan İran hökuməti sərt tənqid edilir.

Gunaz.tv Quote | Gunaz article

Bir sıra siyasi məhbusların adlarını və şəkillərini paylaşan “Amnesty International” İran hökumətinə çağırış edib. Təşkilat həbsxanalarda saxlanılan siyasi məhbusların, tələbə aktivistlərin,  insan hüquqları və qadın haqları fəallarını təcili və qeyd-şərtsiz azad etməyə çağırıb.


Bəyanatda adları və şəkilləri paylaşılan fəallar İranın müxtəlif şəhərlərində fərqli ittihamlarla mühakimə olunan və həbs edilən şəxslərdir.


Onların arasında qadın haqlarının müdafiəsi ilə məşğul olduqlarına görə qondarma ittihamlarla tutuqlanan Yasəmin Aryayi, Səba Kordafşari və Atena Daiminin adları da var.


Bir müddət öncə Beynəlxalq Əfv Təşkilatı Güney Azərbaycandan olan siyasi məhbuslarla əlaqədar bəyanat yaymış, onların saxlanılma şəraiti və sağlıq durumu ilə bağı narahatlığını ifadə etmişdi.


Təşkilatın son bəyanatlarında Tehranda saxlanılan və edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlali, Urmu həbsxanasında 14 illik məhkumluq həyatı yaşayan Hamid Qaraməlikinin sağlıq durumlarının ağır olduğu və işgəncələrə məruz qaldıqları qeyd olunmuşdu.


Qeyd edək ki, ötən il ərzində Beynəlxalq Əfv Təşkilatı tanınmış siyasi məhbus Abbas Lisaninin ədalətsiz mühakimə olunması, qondarma ittihamlarla həbs edilməsi və həbsxanada təzyiqlərə məruz qalması ilə bağlı bəyanatlar yayıb.


Buna baxmayaraq, Tehran hökumətinin məhkəmə sistemi Abbas Lisaninin hüquqlarını pozmaqda davam edir.

Siyasi məhbus bu günə qədər  məzuniyyətə buraxılmayıb.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04

gun az article

Güney Azərbaycanda edam cəzalarının sayı artıb

2021-05-04

gun az article

Təbrizin məşhur futbol klubu fəaliyyətini dayandırdı

2021-05-04