Beynəlxalq Əfv Təşkilatı saxlanılan azərbaycanlı milli fəallarla bağlı bəyanat yaydı: İran türklərə qarşı ayrı-seçkiliyə son verməlidir

12.08.2018, 16:10

GünAz TV: Beynəlxalq Əfv Təşkilatı türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayıb.

 

Bəyanatda iyul və avqust aylarında keçirilən mərasimlərdə saxlanılıb sonralar mülki vəsiqə qarşılığında azadlığa buraxılan fəallara bəraət verilməsi və İbrahim Nurinin qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub.

 

Beynəlxalq Əfv Təşkilatı builki mərasimlər, xüsusi ilə də Babək qalası yürüşü ilə əlaqədar kifayət qədər araşdırma aparıldığını elan edərək İran rəsmilərindən işgəncələrlə bağlı edilən şikayətlərə təcili şəkildə baxılmasını və bu haqda tərəfsiz araşdırmalar aparılmasını tələb edib. Bildirilib ki, işgəncələrlə bağlı məsuliyət daşıyan şəxslər beynəlxalq standatrlara uyğun şəkildə mühakimə olunmalıdır.

 

Hesabatda qeyd qeyd olunub ki, baş verən hadisələr yaxından diqqətlə izlənilib, sosial şəbəkələr və müstəqil kütləvi informasiya vasitələrində yayılan məlumatlar nəzərdən keçirilib və saxlanılanlardan ən azı 10 nəfərindən geniş müsahibə alınıb.

 

Hesabatda qanunsuz saxlanılma faktlarından başqa təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəallara işgənc verdiyi, onlara qarşı təhqiramiz və qeyri-insani hərəkətlərə yol verildiyi də yer alıb.

 

Beynəlxalq Əfv Təşkilatı Babək qalası yürüşü kimi mərasimləri azərbaycanlıların doğma mədəniyyətini gücləndirməsi və ayrı-seçkiliklərdən şikayət etməsi üçün bir fürsət olaraq qiymətləndirib.

 

Beynəlxal təşkilat ayrı-seçkilik siyasətini kəskin pisləyərək İranın da üzv olduğu Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 27-ci maddəsini xatırladaraq bildirib ki, etnik və dini azlıqlar heç bir şəkildə doğma mədəniyyətini yaşamaq, dini ayinlərini icra etmək və öz dilindən istifadə etməkdən məhrum edilə bilməz.

 

Hesabatda Babək qalası yürüşü və Savalan dağı mərasimi ilə bağlı 120 nəfərin saxlandığı bildirilib, onlardan bir neçəsi, o cümlədən Abbas Lisani, İbrahim Nuri, Cəfər Rüstəmirad,  Kiyumərs İslami, Həmid Ədib Şəfəq, Məhəmməd Colani, Meysəm Colani, Əli xeyrcu, Möhsün İsməili, Əsgər Əkbərzadə, Rəhim Qulami, Əli Vasiqi, Səid Sadiqifər, Mehdi Huşmənd, Murtaza Pərvin, Mustafa Pərvin, Tohid Əmir Əmini, Əli Ruhbəxş, Qulam Quluzadə və Məhəmməd Azadın saxlanılması barədə ayrı-ayrılıqda araşdırma aparıldığı qeyd olunub.

 

Etniklərə mənsub fəalların məhkəmə prosesindən təəssüflənən beynəlxalq təşkilat İran zindanlarında məhbus həyatı yaşayan Siyamək Mirzayi və Lətif Həsəninin vəziyyətindən nigaranlıq ifadə edib.

 

Beynəlxalq Əfv Təşkilatı söz azadlığı, etniklərin hüquqlarına riayət edilməsi, qanunsuz saxlanmaların dayandırılması, azərbaycanlı fəalların işgəncə edilməməsi və onlara qarşı edilən təzyiqlərin dayandırılması haqda İran hökumətinin məsullarına tövsiyyələr irəli sürüb.

 

Hesabatda vurğulanıb ki, İranın İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya qoşulmuş bir ölkə kimi irqi ayrı-seçkiliyin dayandırılması üçün lazımi tədbirləri almaq öhdəliyi var.

 

https://www.amnesty.org/download/Documents/MDE1388892018TURKISH.PDF

https://www.amnesty.org/download/Documents/MDE1388892018ENGLISH.PDF

https://www.amnesty.org/download/Documents/MDE1388892018PERSIAN.PDF

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Mərənddə həbs edilən fəalar barədə məlumat verilmir

2022-09-28

gun az article

Təbrizdə etiraz aksiyasında milli şüarlar səsləndirilib

2022-09-28

gun az article

Güney Azərbaycan ayaqda: Ərdəbildə divarlara etiraz şüarları yazıldı

2022-09-28

gun az article

Urmu Universitetinin öyrənciləri tətil aksiyasına çağırış etdi

2022-09-28

gun az article

Təbrizdə saxlanılanlardan 40 nəfərinin kimliyi bəlli olub

2022-09-27

gun az article

ETTELAAT Urmuda milli fəalın evinə basqın edib

2022-09-27

gun az article

Təbriz Universitetində aksiya: Stomatologiya fakültəsinin öyrənciləri dərsləri boykot etdi

2022-09-27

gun az article

“Parlaq gələcək”də müzakirə: “Etirazların dəyərləndirilməsi” və “Hədis Nəcəfi”-VİDEO

2022-09-27

gun az article

Azərbaycanın "Şəhid Mədəni" Universitetinin öyrənciləri tətilə başlayıb

2022-09-27

gun az article

İran hökuməti etirazçılara qarşı məhkumlardan istifadə edir

2022-09-27

gun az article

Məlikanda həbs edilən fəallar aclığa başlayıb

2022-09-27

gun az article

Ərdəbildə saxlanılan milli fəallardan xəbər yoxdur

2022-09-27

gun az article

Təbrizdə yazılı vərəqələr yayılıb

2022-09-27

gun az article

ETTELAAT Əhərdə milli fəal Saleh Molla Abbasinin evinə basqın edib

2022-09-27

gun az article

Təbrizdə etiraz aksiyası başlayıb- Güllə və partlayış səsləri eşidilir-VİDEO

2022-09-26

gun az article

Təbriz Universitetində aksiya keçirilib-VİDEO

2022-09-26

gun az article

İran millisinin rəsmi səhifəsi türk futbolçunu izləməyi dayandırıb

2022-09-26

gun az article

"Əxlaq polisi cəmiyyəti hicablı etmədi, əksinə onu iffətsiz və əqidəsiz etdi"-Millət vəkili

2022-09-26

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış edilib

2022-09-26

gun az article

Rəisi Təbrizdə etirazlara qatılanları iğtişaşçı və təxribatçı adlandırıb

2022-09-26