Beynəlxalq Əfv Təşkilatı vicdan məhbusu Əlirza Fərşinin azadlığını tələb edir

2021-07-21 22:49

Beynəlxalq qurum İran rəsmilərindən fəalın dərhal sərbəst buraxılmasını tələb edir.

Gunaz.tv Quote | Gunaz article

Beynəlxalq Əfv Təşkilatı Tehran həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşinin sağlamlıq vəziyyəti ilə əlaqədar narahat olduğunu bildirib. Beynəlxalq qurum İran rəsmilərindən fəalın dərhal sərbəst buraxılmasını tələb edir.

“Əlirza Fərşi dil hüquqlarını müdafiə etmək, həbs edilən fəallar haqqında onlayn məlumat yaymaq və digər dinc fəaliyyətləri üzündən əsassız olaraq Böyük Tehran Mərkəzi Həbsxanasında saxlanılır. İran rəsmiləri onu göz vəziyyəti və yüksək qan şəkəri problemi ilə əlaqədar tibbi yardımdan məhrum buraxırlar,” insan haqları qurumunun iyulun 20-də yayımladığı bəyanatda dərc edilib.

Beynəlxalq Əfv Təşkilatı İran Məhkəmə Hakimiyyətinin sədri Qulamhüseyn Mohsini Ejeyiyə ünvanladığı bəyanatda Fərşini vicdan məhbusu adlandırıb və onun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

Qeyd edək ki, hal-hazırda Tehran həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. Bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmağa qəsd məqsədilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi.
Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib. 

C.E

 Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:
Beynəlxalq Əfv Təşkilatından İran hökumətinə ÇAĞIRIŞ: "Əlirza Fərşini azad edin"

Sosial mediada siyasi məhbus Əlirza Fərşiyə möhtəşəm dəstək- VİDEO

Güney azərbaycanlı siyasi məhbuslarla bağlı imza kampaniyası başlayıb

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30