Beynəlxalq Əfv Təşkilatından İrana ÇAĞIRIŞ: “Abbas Lisanini azad edin”

2021-03-23 23:28

Beynılxalq Əfv Təşkilatı özünün rəsmi twitter hesabında tanınmış siyasi məhbus Abbas Lisani ilə bağlı paylaşım edib.

Gunaz.tv Quote | Gunaz article

TRT türkcənin verdiyi məlumata görə, təşkilat İran hökumətini tanınmış siyasi məhbus, azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini sərbəst buraxmağa çağırıb.


Beynəlxalq Əfv Təşkilatının hazırda Ərdəbil həbsxanasında 15 illik həbs cəzasını çəkməkdə olan tanınmış məhbusla bağlı yayınladığı paylaşımda deyilir:


“Uzun illərdən bəri İranda türklərin haqlarını müdafiə edən Abbas Lisani, dəfələrlə ədalətsiz həbs, acımasız və qeyri-insani davranışlara məruz qalmışdır. O, daha bir bayramı evindən uzaq, həbsdə keçirməkdə və haqsız tutuqlanma sürəsini keçirməkdədir. İran hökuməti onu dərhal azad etməlidir.”


Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İranda İnsan Haqları üzrə xüsusi məruzəçisi professor Cavid Rəhman, fevral ayının 9-da hazırladığı və 21 mart 2021-ci tarixində BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi hesabatda Abbas Lisaninin durumu ilə bağlı nigaranlığını ifadə edib.


Bu ətraflı hesabatda xüsusi nümayəndə öz dili və mədəniyyətinə bağlı olan və bu gün zindanlarda saxlanılan insanların durumu barədə narahatlığını bildirərək, Abbas Lisani haqqında deyib:


“2020-ci ilin iyul ayında İran Ali Məhkəməsi, Azərbaycan türkü, mədəni fəal Abbas Lisaniyə qarşı irəli sürülən milli təhlükəsizlik əleyhinə fəaliyyətə görə 15 il həbs cəzasının yenidən nəzərdən keçirilməsini rədd etdi.”

 
Abbas Lisani dinc və mədəni fəaliyyətlərinə görə davamlı olaraq İranın təhlükəsizlik orqanlarının təzyiqləri altında olan azsaylı fəallardandır. Özünün qondarma ittihamlarla tutuqlanma, işgəncə, həbs və sürgünə məruz qalması, ailə üzvlərinin həyat və işlərinə maneələr törədilməsi, psixoloji təsir və təhdid üçün ailəsinə məxsus avtomobilin yandırılması edilən basqılardan sadəcə bir neçə nümunədir.

C.E
 

Açıklama yok.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib-FOTO

2021-09-19

gun az article

Milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-19

gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16