Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24 13:26

Amerika və Avropada fəaliyyət göstərən 14 elm və mədəniyyət təşkilatı Güney azərbaycanlı alim Əhməd Rza Cəlali barədə Qərb ölkələri və dünya ictimaiyyətinə çağırış edib.

Gunaz.tv Quote | Gunaz article

Çağırışda edama məhkum olunmuş iranlı-isveçli alimin sağlıq durumunun ağır olduğu bildirilir. Qeyd olunur ki, İbrahim Rəisinin İran prezidenti seçilməsi Güney azərbaycanlı alimin edamının icrası ehtimalını gücləndirib.

“Cəlali beş ildir ki, barəsində çıxarılan qərardan apellyasiya şikayəti verə bilmir, işgəncə və qəddar davranışlara məruz qalıb, müxtəlif xəstəliklərdən əziyyət çəkir və həbsxanada müayinə, müalicə imkanlarından məhrum olduğu üçün həyatı təhlükədədir”-deyə, çağırışda qeyd olunub.

Beynəlxalq elm və mədəniyyət təşkilatları Əhməd Rza Cəlalinin ailəsi və vəkili ilə əlaqə saxlamaq imkanının olmadığını, ailəsinin alimin durumu barədə yalnız mətbuat vasitəsilə məlumat əldə etdiyini bildirib.

Bəyanatda qeyd olunur ki, 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına kimi tədqiqatçı edam hökmünə hazırlıq öncəsi təkadanlıq kamerada saxlanılıb və o 5 ay müddətində ölüm qorxusu altında psixi və mənəvi işgəncələrə məruz qalıb.

İki həftə öncə Avropa Parlamenti qəbul etdiyi qətnamədə əslən güneyli alim, professor Əhməd Rza Cəlali və İranda həbsdə olan başqa avropalıların dərhal azad olunmalarını tələb edib.

Qətnamədə Güney azərbaycanlı alimin barəsində çıxarılan edam hökmünün ləğv olunması, onun azadlığa buraxılması ilə yanaşı başqa iranlı-avropalı məhbusların da sərbəst buraxılması qəti şəkildə tələb edilir.

Eyni zamanda Avropa Şurasından bu şəxslərin saxlanılmasında əli olan və qərar verən İran səlahiyyətlilərinin cəzalandırılması tələb olunur.  

Qeyd edək ki, professor Əhməd Rza Cəlali Brüsselin Azad Universitetinin təcili tibbi yardım üzrə mütəxəssisi və Şərqi Piemonte Universitetinin professorudur.

İkili vətəndaşlığı olan (İran-İsveç) Əhməd Rza Cəlali əslən Güney Azərbaycanın Sarab mahalındandır. 2016-cı ildə Tehran Universitetinin dəvəti ilə İrana gedən alim təhlükəsizlik orqanları tərəfindən saxlanılıb və “İsrailin xeyrinə casusluq etmək” ittihamı ilə həbs edilib.

Əhməd Rza Cəlalidən işgəncə altında casusluq barədə məcburi etiraf alınıb, o, 2018-ci ilin oktyabr ayında ədalətsiz bir məhkəmə qərarı ilə edama məhkum olunub. Həmin ilin iyun ayının 17-də isə onun barəsində çıxarılan edam hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Əldə olunan məlumatlara görə,  məhkəmədə Əhməd Rza Cəlalinin təqsirini sübut edən heç bir dəlil təqdim edilməyib və mühakimə yalnız öncədən hazırlanmış mətndən oxuduğu məcburi etiraflara əsaslanıb.

2020-ci ilin 24 noyabrdında İran İslami İnqilab Məhkəməsi Əhməd Rza Cəlalinin edam qabağı hazırlıq üçün təkadamlıq kameraya köçürüldüyü barədə məlumat yayıb.

Ancaq bir neçə ay təkadamlıq kamerada edam qorxusu altında saxlanıldıqdan sonra alim yenidən həbsxananın ümumi bölməsinə köçürülüb.

C.E  

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:

Avropa Parlamenti İranda edama məhkum olunmuş güneyli alimin sərbəst buraxılmasını tələb etdi

Beynəlxalq Elm Şurasından güneyli alimlə bağlı İrana ÇAĞIRIŞ: "Dərhal azad edin"

Beynəlxalq Əfv Təşkilatından İrana ÇAĞIRIŞ: "Siyasi məhbuslarl azad edin"

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16