SON XƏBƏRLƏR

Beynəlxalq müsabiqə Azərbaycan kitabı qalib gəlib

2021.10.20, 07:36
Beynəlxalq müsabiqə Azərbaycan kitabı qalib gəlib

Gunaz.tv
Beynəlxalq müsabiqə Azərbaycan kitabı qalib gəlib Mükafatlar Kitab Sərgi-Yarmarkasında təqdim olunacaq MDB İcraiyyə Komitəsinin dövrü mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində Dövlətlərarası Şurasının qərarı ilə Moskvada MDB ölkələrinin V beynəlxalq "Kitab sənəti" müsabiqəsi keçirilib. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu təmsil edib. Bu barədə "OLAYLAR"a nazirliyin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Məlumata görə, ənənəvi müsabiqəyə bu il Litva da qoşulub. Müsabiqənin yeddi nominasiyasının ikisində Azərbaycan kitabı qalib gələrək birinci yeri tutub. Bunlar "Heydər Əliyev: "Ürəyimin bir hissəsi Rusiyadadı", "Şəki xan sarayı" kitablarıdı. İkinci yeri tutan "Faiq, Natəvan, Alim" kitabına isə münsiflər heyətinin ayrıca qərarı ilə "Milli sənətin yüksək təbliği" xüsusi diplomu verilib. Bununla yanaşı daha iki kitabımız fərqləndirici diploma layiq görülüb. Mükafatların təqdimetmə mərasimi bu il sentyabr ayının 6-da XXl Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar