SON XƏBƏRLƏR

Beynəlxalq təşkilatın saytında Dağlıq Qarabağ müstəqil dövlət kimi göstərilib

2021.10.20, 07:36
Beynəlxalq təşkilatın saytında Dağlıq Qarabağ müstəqil dövlət kimi göstərilib

Gunaz.tv
Beynəlxalq təşkilatın saytında Dağlıq Qarabağ müstəqil dövlət kimi göstərilib Bölgələrin davamlı inkişafı üzrə Avropa Fondu (FEDRE) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsini müstəqil dövlət hesab edir. APA-nın xəbərinə görə, təşkilatın saytında www.fedre.org Ermənistanın Sünik vilayəti haqqında dərc olunan məlumatda bildirilir ki, “bu bölgə İranla və Dağlıq Qarabağ Respublikası ilə həmsərhəddir”. Qeyd edək ki, FEDRE bölgələr arasında informasiya mübadiləsini və iqtisadiyyat, ətraf mühitin qorunması, sosial inkişaf sahələrində tərəfdaşlığı təmin edən beynəlxalq təşkilatdır. Qurum 1996-cı ildə Avropa Birliyi, Avropa Şurası və BMT-nin dəstəyi ilə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Bölgələr Palatası tərəfindən yaradılıb. FEDRE-nin saytı bir necə dildə fəaliyyət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar