SON XƏBƏRLƏR

Beyrutda aksiyada polislə toqquşma olub, 220 nəfər xəsarət alıb

2021.10.20, 07:36
Beyrutda aksiyada polislə toqquşma olub, 220 nəfər xəsarət alıb

Gunaz.tv

GünAz TV: Livanın paytaxtı Beyrutda aksiyaçılar və polis arasında toqquşma baş verib.

 

Beyrutda parlament binası qarşısına toplaşan aksiya iştirakçıları yaxınlıqdakı yolları bağlayıb, hökumət əleyhinə şüarlar səsləndiriblər.

 

Aksiyaçılar polisə daş və yandırıcı maddə dolu butulkalar atıb, polis təzyiqli su şırnağı və gözyaşardıcı qaz tətbiq edib.

 

Toqquşmalar əl-Bürc meydanı və meydanın ətrafında da baş verib. Toqquşmalar nəticəsində ən azı 220 nəfər xəsarət alıb.

 

Qeyd edək ki, Livanda aksiyalar keçən il oktyabrın 17-dən başlayıb və ilk dəfə polislə toqquşma baş verib. Aksiyalarda ölkədəki iqtisadi durumun yaxşılaşdırılması tələb edilir.

Baş Nazir Saad əl-Həriri istefa versə də, ötən dövr ərzində aksiyalar səngiməyib. APA

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar