SON XƏBƏRLƏR

Baş nazir Nikol Paşinyan İran prezidentinə zəng edib

2022.09.13, 10:19
Baş nazir Nikol Paşinyan İran prezidentinə zəng edib

Gunaz.tv

Ermənistanın rəsmi mənbələri ötən gecə sərhəddə baş verən hərbi toqquşmadan sonra İran prezidenti İbrahim Rəisi ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının baş tutması barədə məlumat yayıblar.

İran mediasının iddiasına görə, Paşinyan İran tərəfinə "Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisində addımları"nın təfərrüatları haqda məlumat verib.

Ermənistan baş nazirinin ofisindən verilən məlumata görə, telefon danışığında İran prezidenti Cənubi Qafqazda yeni müharibəni qəbuledilməz hesab edib və ölkəsinin Qafqazdakı prosesləri diqqətlə izlədiyini bildirib. 

"İran və Ermənistan münasibətləri təhlükə altına düşməməli, kommunikasiya yolları hökumətlərin nəzarəti altında olmalıdır. İran regionda sülhün bərqərar olmasına dəstək verməyə hazırdır, Ermənistanın təhlükəsizlik məsələsi İran üçün vacibdir"-deyə, İbrahim Rəisi bildirib.

Rəisi telefon danışığının sonunda Ermənistan xalqının təhlükəsizliyinin İran üçün olduqca mühüm olduğunu deyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar