SON XƏBƏRLƏR

BİLL GEYTS İŞDƏN GEDİR. MİLYARDER VARİDATININ 37,3 MİLYARD DOLLARINI XEYRİYYƏ İŞLƏRİNƏ YÖNƏLDƏCƏK

2021.10.20, 07:36
BİLL GEYTS İŞDƏN GEDİR. MİLYARDER VARİDATININ 37,3 MİLYARD DOLLARINI XEYRİYYƏ İŞLƏRİNƏ YÖNƏLDƏCƏK

Gunaz.tv
BİLL GEYTS İŞDƏN GEDİR. MİLYARDER VARİDATININ 37,3 MİLYARD DOLLARINI XEYRİYYƏ İŞLƏRİNƏ YÖNƏLDƏCƏK billgeyts-1.jpg İllər uzunu dünyanın ən zəngin biznesmeni olmuş «Microsoft» şirkətinin rəhbəri Bill Geyts bu gündən fəal iş həyatına son qoyur. Bundan sonra xeyriyyəçiliklə məşğul olacaq amerikalı zəngin varidatının 37,3 milyard dollarını AİDS-lə mübarizəyə və yoxsul ölkələrdəki uşaqlara sərf etməyi planlaşdırır. Məşhur milyarderə bu işdə həyat yoldaşı yaxından yardım edəcək. Onların yaratdığı fond belə adlanır: Bill və Melindı Geytslər Fondu. Bill Geyts 1955-ci ildə anadan olub. Atası vəkil, anası müəllimə olan Bill ilk kompüter proqramını 17 yaşında satıb. Harvard Universitetində oxuyarkən yaxın dostu Raul Allerlə birlikdə kompüter proqramları hazırlamağa başlayıb. Hətta bu işlə bağlı universitetdən ayrılmalı olub. 1980-cı ildə İBM-lə (International Business Machines Corporation) bağladığı müqavilədən sonra yaratdığı «Microsoft» şirkəti böyük uğurlar qazanıb. «Windows» sistemini yaradan Geyts ötən əsrin 100 ən məşhur şəxsləri siyahısında yer alıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar