Binab Azad Universitetinin işçiləri və müəllim heyəti, maaşlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər.
Gunaz.tv
Etiraz aksiyası yanvar ayının 24-ü, bazar günü Universitetin prorektorluğu binasının qarşısında baş tutub.
Aksiyaya qatılan Universitet işçiləri və müəllim heyətinin üzvləri, əllərində üzərində “həmkarlarımızın məişət durumu acınacaqlıdır” yazılmış plakardlar daşıyıblar.
Eyni halda onlar Universitet rektoruna xitabən “Cənab Tehrançı, bizim səsimizi eşidin, iki aydır maaşımızı ala bilməmişik” yazıları ilə Universitet rəhbərliyinə etirazlarını bildiriblər.
C.E