SON XƏBƏRLƏR

Binab şəhərində nəsli kəsilməkdə olan onlarla leylək tələf olub

2021.10.20, 07:36
Binab şəhərində nəsli kəsilməkdə olan onlarla leylək tələf olub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlı fəallar Binab şəhərinin sutəmizləyici qurğusunun ətrafında nəsli kəsilməkdə olan onlarla leyləyin tələf olduğunu bildirib.

 

 

Məlumata əsasən, Səhiyyə, baytarlıq və Ətraf Mühitin Mühafizəsi idarələrinin məsulları məsləyə reaksiya bildirməkdən imtina edib.

 

 

Tələf olan quşların şəkilini öz İnstagram səhifəsində paylaşan fəallardan biri bu leyləklərin daha çox sutəmizləyici qurğunun ətrafındakı səth sularından qidalandığını bildirib.

 

 

Ətraf mühit fəallı Binabın Səhiyyə və Baytarlıq idarələrindən ən qısa zamanda məsələni araşdırmalarını xahiş etdiyini vurğulayıb.

 

 

 

 

“Ümid edirəm ki, məsullar mənə problem yaratmaq əvəzinə məsələni araşdırmaya çalışsınlar”- deyə o artırıb.

 

 

Ağ leylək leyləklərin nəsli nəsli kəsilməkdə olan leylək cinsindir və adı Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin “Qırmızı kitab”ına salınıb.

 

 

İri bataqlıq quşu olan ağ leyləyin uzunluğu 100 santimetrə çatır. Bu quş əsasən ağ rəngdə olub, qanadlarının uc hissələri qara rəngdədir.

 

 

 

Ü.F

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar