SON XƏBƏRLƏR

Bir aydan çoxdur həbs edilən azərbaycanlı fəal Musa Cavadi Ərdəbilin mərkəzi zindanına köçürülüb

2021.10.20, 07:36
Bir aydan çoxdur həbs edilən azərbaycanlı fəal Musa Cavadi Ərdəbilin mərkəzi zindanına köçürülüb

Gunaz.tv

GünAzTV: İranda bir aydan çoxdur həbs edilən azərbaycanlı fəal Musa Cavadi Ərdəbilin mərkəzi zindnına köçürülüb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, hökumət işçisi olduğu bildirilən 50 yaşlı Musa Cavadi, virtual aləmdə apardığı fəaliyyətinə görə 33 gün əvvəl (bəhmənin 18-də) ETTELAAT-ın Ərdəbil bölməsinin əməkdaşları tərəfindən tutulub. O, 18 gün yerli ETTELAAT-ın təcridxanasında saxlanılaraq ağır təzyiq və təhdidlər altında dindirildikdən sonra Ərdəbilin mərkəzi zindanına köçürülüb. Bildirilir ki, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılan ərdəbilli fəalın həbsi, iki ay yarım əvvəl ölkənin 101 şəhərində molla rejiminə qarşı keçirilən kütləvi xalq etirazları və onun sosial şəbəkələrdəki fəaliyyəti ilə əlaqələndirilir.

 

Qeyd olunur ki, azərbaycanlı fəalın ailəsi, həmin müddətdə onun vəziyyətini öyrənmək üçün hansı dövlət qurumuna müraciət etsə də, təhlükəsizlik qurumları tərəfindən Musa Cavadinin son durumu barədə ailə üzvlərinə hər hansı bir məlumat verilimir. Bu isə, onun ailəsinin ciddi nigaranlığına səbəb olur.

Bildirilir ki, ağ ciyər xəstəliyindən əziyyət çəkən  Musa Cavadi, hazırda Ərdəbilin mərkəzi zindanının siyasi məhbuslara aid 7-ci korpusunda saxlanılır və onun ailəsi ilə telefon əlaqəsi saxlamasına imkan verilmir.

 

 

Xatırladaq ki, iki ay əvvəl İranın 101 şəhərində hakimiyyətə və dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə və prezident Həsən Ruhaniyə qarşı “ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib. Tutulanlardan ən azı 13 nəfəri İranın müxtəlif zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar