SON XƏBƏRLƏR

Bir qrup azərbaycanlı fəal zindandan yenicə azadlığa buraxılan Nasir Xülusi ilə görüşüb

2021.10.20, 07:36
Bir qrup azərbaycanlı fəal zindandan yenicə azadlığa buraxılan Nasir Xülusi ilə görüşüb

Gunaz.tv

GünAz TV: Bir neçə azərbaycanlı milli-mədəni fəal ötən həftə Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılan Nasir Xülusinin görüşünə gedib.

 

Fevralın 15-də baş tutan görüşdə fəallar N.Xülusini azadlığa buraxılması münasibəti ilə təbrik edib, Güney Azərbaycanın son ictimai vəziyyəti haqda söhbət aparıblar.

 

Məlumata görə, ötən bir həftə ərzində Azərbaycanın müxtəlif şəhərlərindən olan çox sayda fəal N.Xülusinin görüşünə gedib.

 

 

Azərbaycanlı fəal 4 ay həbsdən sonra fevralın 15-də Təbrizin Mərkəzi Zindanından sərbəst buraxılıb.

 

O 2017-ci il iyunun 28-də Urmiyə Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.

 

Fəal 2017-ci il oktyabrın 30-da 6 aylıq həbs cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə atası evində yaxalanaraq zindana aparılıb.

 

N.Xülusi sistemin əleyhinə təbliğ etmək və milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə günahlandırılıb. O irəli sürülən ittihamları rədd edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar