SON XƏBƏRLƏR

Bir yandan erməni, bir yandan da canavar

2021.10.20, 07:36
Bir yandan erməni, bir yandan da canavar

Gunaz.tv
Bir yandan erməni, bir yandan da canavar qarabag_240306.jpg Qarabağın başından bəla əskik deyil. Adı atəşkəs olsa da, hər gün dəfələrlə güllə səsləri eşidilir, ölüm və yaralanma xəbərləri gəlir. Bu dəfə də belə xəbər aldıq: Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam rayon sakini yaralanıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilərin açdığı atəş nəticəsində Ağdamın Çıraqlı kəndi ərazisində təsərrüfat işləri ilə məşğul olan məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində məskunlaşan Məmmədova Yeganə Rəcəb qızı sağ qolundan güllə yarası alıb. Bu azmış kimi: Yırtıcı heyvanlar Ağdamın Quzanlı kəndinə hücum edib. APA-nın Qarabağ bürosunun məlumatına görə, ötən gecə kənd sakini Ramiz Səlimovun şəxsi təsərrüfatına hücum edən yırtıcılar 7 qoyunu yaralayıb. Hələ ilanların və həşəratların basqını da var. Bəlkə hamısının kökünü kəsmək üçün qalxmağın vaxtıdır?! adalet

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar