Birləşmiş Millətlər Təşkilatı, İranda insan haqları pozuntularını məhkum edən qətnamə qəbul edib

2020-12-17 10:52

Kanadanın təklif etdiyi qətnamə 82 lehinə, 30 əleyhinə və 64 bitərəf səslə qəbul edilib.

Gunaz.tv Quote | Gunaz article

Bu qətnamənin Üçüncü Komitə tərəfindən qəbul edilmiş qətnaməyə dəyişikliklərlə təqdim olunduğunu göstərir.

 

İrandakı insan haqları pozuntularını qınayan 67-ci qətnamə artıq BMT-nin Üçüncü Komitəsi tərəfindən 20 noyabrda 79 səs lehinə, 32 əleyhinə və 64 bitərəf səslə qəbul edilmişdi.

 

Bu qətnamənin qəbulu ilə İranın insan hüquqları dosyası bir il daha açıq qalacaq.

 

Qətnamədə edamların sayının çox olmasından narahatlıq ifadə olunaraq, 18 yaşınadək məhkumların edamını İranın beynəlxalq öhdəliklərini pozması kimi dəyərləndirilir.

 

Qətnamədə İrandan qeyri-insani, amansız və alçaldıcı rəftar və işkəncələrə son verməsi istənilir. Müxaliflərə qarşı sistematik repressiyalara, özbaşına saxlama və həbslərə, onların oğurlanması və yox edilmsinə son qoymağa çağırır.

 

BMT Baş Assambleyasının qətnaməsi daha sonra İrandan məhbusların problemini həll etməyə və qadın hüquqlarını müdafiə etdiyi üçün tutulanları dərhal sərbəst buraxmağı tələb edir.

 

"Bəhai icması üzvləri daxil olmaqla dini azlıqlara qarşı təzyiqlərin artırılması", "vəkilin cəlb edilməməsi daxil olmaqla siyasi məhbusların hüquqlarının pozulması" və "məcburi etiraflar" qətnamədə müzakirə olunan və narahatlıq doğuran digər məsələlər arasındadır.

 

Qətnamə, İslam Respublikası hökumətini, beynəlxalq hüquqa görə tutulması özbaşına sayılanların hamısını sərbəst buraxmağa çağırır.

 

İran təmsilçisi, iclasda təklif olunan qətnaməni tənqid edərək, qərarın "insan hüquqları" ilə heç bir əlaqəsi olmadığını söyləyib.

 

İran elçisi daha sonra bu qətnamənin "irqçilik, müstəmləkəçilik və müdaxiləyə" dəstək verən ölkələr tərəfindən irəli sürüldüyünü bildirib.

 

Çin təmsilçisi qətnaməni və insan hüquqları ilə bağlı "ikili" standartı tənqid edərək qətnamənin əleyhinə səs verib.

 

14 oktyabrda yayımlanan hesabatda BMT Baş katibi İranda insan haqlarının "şiddətli və təkrarlı” pozulduğunun" "ciddi narahatlıq" doğurduğunu demişdi.
 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11

gun az article

Marağada məktəb binaları çatışmır

2021-05-11

gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10

gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09