SON XƏBƏRLƏR

Bişkekdə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü keçirilib

2021.10.20, 07:36
Bişkekdə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü keçirilib

Gunaz.tv
Bişkekdə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü keçirilib ebiyevveohanyan.jpg Bakı. Laçın Sultanova-APA. Bişkekdə MDB Müdafiə Nazirləri Şurası çərçivəsində Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Ermənistanın müdafiə naziri Seyran Ohanyan arasında görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə qoşunların təmas xəttində atəşkəsin pozulma hallarının azaldılması, itkin düşmüş vətəndaşların axtarışı və s. məsələlər müzakirə edilib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Sehran Şahsuvaryanın sözlərinə görə, nazirlər gələcəkdə də bu məsələləri müzakirə etmək üçün mümkün dərəcədə daha çox görüş keçirmək barədə razılığa gəliblər. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat katibi Eldar Sabiroğlu APA-ya açıqlamasında Bişkekdə iki ölkənin müdafiə nazirlərinin görüşü haqqında məlumatı olmadığını deyib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar