SON XƏBƏRLƏR

Şəbistər şəhərində intihar halları artıb

2022.04.04, 10:26
Şəbistər şəhərində intihar halları artıb

Gunaz.tv

Bu barədə məlumat verən yerli sosial media fəalları hadisənin aprelin 2-i axşam saatlarında baş verdiyini yazıblar. 

Bu Şəbistərdə baş verən növbəti intihar hadisəsidir və bundan öncə bölgədə çox sayda intihar hadisəsi qeydə alınıb.

Şəbistərin Rifah İdarəsinin başçısı Əhəd Nərimani mediaya verdiyi açıqlamada bölgədə intihar hallarının təhlükəi səviyyədə artdığını deyib.

O, intiharın əsas səbəbi kimi iqtisadi çətinlikləri və bundan irəli gələn ailəiçi problemləri, stress və ümidsizlik hallarının çoxalmasını göstərib.

Ə.Nərimani bununla yanaşı Şəbistər mahalında öncəki illərə nisbətdə əhalinin artımının 2% azaldığını bildirib. 

Bundan bir müddət öncə bölgədə 2200 gənc arasında rəy sorğusu keçirilib.

Gənclərin 52 faizi hesab edib ki, intihar hallarının artması, ailə həyatı qurmağa gənclərin rəğbət göstərməməsi işsizliklə bağlıdır.

Şəbüstərinin fərmandarı Hüseyn Abdullahi isə sorğunun nəticələrinə əhəmiyyət vermədən gənclərin ailə həyatı qurmalarının bir çox problemlərin həll olunmasına yardım edəcəyini iddia edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar