SON XƏBƏRLƏR

“Biz Təbrizi ortaq dil və ustad Şəhriyara görə çox sevirik”- Türkiyənin Tehrandakı səfiri

2021.10.20, 07:36
“Biz Təbrizi ortaq dil və ustad Şəhriyara görə çox sevirik”- Türkiyənin Tehrandakı səfiri

Gunaz.tv

GünAz TV: Türkiyənin Tehrandakı səfiri Dərya Örs Təbrizdə səfərdə olarkən bu şəhərə övgülər yağıdırıb.

 

Dərya Örs aprelin 15-də Şərqi Azərbaycan valisi və Təbrizin bir çox iş adamı ilə görüşüb.

 

Görüşdə çıxış edən Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi Türkiyə və Azərbaycanın ortaq dil, mədəniyyət, din və tarixinə işarə edərək Təbrizin İranla Türkiyə arasında körpü rolu oynadığını bildirib.

“Təbrizli ticarətçilər və sənətkarların qədim dövrlərdən Türkiyə ilə yaxın əlaqəsi olub. Son vaxtlar türkiyəli yatırımçılar da Şərqi Azərbaycan Əyalətində geniş şəkildə fəaliyyət göstərir. Təbriz tarix boyu İranla Türkiyə və Avropa arasında bir körpü kimi böyük rol oynayıb.

Şərqi Azərbaycan və Türkiyə, ikitərəfli əlaqələri inkişaf etdirmək üçün böyük potensiala malikdir. Amerika Birləşmiş Ştatlarının İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar əlaqələləri gücləndirmək üçün yeni fürsət yaradıb”- deyə o bildirib.

 

İranda sel bölgəsinə göndərdiyi yardımlara görə Türkiyəyə təşəkkür edən vali Təbriz və Türkiyə universitetləri arasında əlaqələrin daha da genişləndiriləcəyini bildirib.

 

Görüşdə çıxış edən Türkiyə səfiri Dərya Örs isə Təbrizə səfər etdiyindən məmnunluq hissi keçirdiyini dilə gətirib.

“Biz Təbrizi ortaq dil, din və ustad Şəhriyara görə çox sevirik, bu şəhərin əhalisi ilə xüsusi yaxınlıq hiss edirik. Türkiyə İran və Şərqi Azərbaycanla əlaqələrini genişləndirməyə hazırdır. Hər iki ölkədə müəyyən iqdisadi problemlər yaşandığı bir dönəmdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, problemləri çözmək üçün yeni fürsət ola bilər”- deyə səfir bildirib.

 

Dərya Örs İranda baş verən sel fəlakəti ilə bağlı öz təəssüflərini bildirərək qeyd edib ki, biz dost və qardaş ölkə kimi təbii fəlakətdən zərərçəkənlərə yardım etməli idik. Ümid edirəm ki, sel bölgəsində bütün problemlər öz həllini tapacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar