SON XƏBƏRLƏR

BMT Baş Assambleyası İranda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib

2021.10.20, 07:36
BMT Baş Assambleyası İranda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib

Gunaz.tv

GünAzTV: Dekabrın 17-də BMT Baş Assambleyası İranda insan hüquqlarının kobud şəkildə pozulmasına etiraz biildirən qətnamə qəbul edib.

 

Toplantıda keçirilən səsvermədə, 84 ölkənin nümayəndələri qətnamənin lehinə, 30 ölkə əleyhinə səs verib, 67 ölkə bitərəf qalıb. Qərb ölkələrindən başqa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Bəhreyn qətnamənin lehinə, Rusiya, Çin, Oman, Pakistan, İraq, Hindistan, Əfqanıstan, Livan və Venessualla isə qətnamənin əleyhinə səs verib. Səsvermədə bitərəf qalan ölkələr sırasında Qətər, Küveyt, Misir, Mərakeş və Əlcəzayir də var.

 

Kanada və digər Qərb ölkələrinin təklifi ilə qəbul edilən qətnamədə, BMT-nin İranda insan hüquqları üzrə özəl nümayəndəsi Cavid Rəhman və BMT-nin baş katibi Antonio Quterreşin məsələ ilə bağlı hesabatına toxunaraq bildirilir ki, islam respublikası son bir ildə dinc müxaliflərə, o cümlədən də jurnalistlərlə virtual aləm fəallarına qarşı repressiyaları gücləndirib.

 

Qətnamədə həmçinin, İranda 18 yaşına çatmamış yeniyetmələrin edamının davam etdirilməsinin, siyasi məhbuslara fiziki işgəncə verilməsinin, özbaşına həbslərin aparılmasının, söz və ifadə azadlıqlarına riayət olunmamasının, hüquq müdafiəçilərinə qarşı təzyiqlərin artmasının, eləcə də insan hüquqları ilə bağlı beynəlxalq standartlara riayət olunmamasının narahatlığa səbəb olduğu bildirilərək, pislənilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar