SON XƏBƏRLƏR

BMT əməkdaşlarını Sudandan çıxarır

2021.10.20, 07:36
BMT əməkdaşlarını Sudandan çıxarır

Gunaz.tv

GünAz TV: Birləşmiş Millətlər Təşkilatı öz əməkdaşlarını müvəqqəti olaraq Sudandan çıxarmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, buna səbəb ölkədə yaranmış vəziyyətdir.

"BMT əməkdaşlarını müvəqqəti olaraq Sudandan çıxarmaq qərarını elan edib", - deyə telekanal bildirib.


Daha əvvəl Sudanın müxalif həkimlər Komitəsi Xartumdakı toqquşmalar zamanı ölənlərin sayının 100 nəfərə çatdığını xəbər verib. Müxalif Həkimlər Komitəsinin verdiyi digər məlumata görə, hadisə zamanı daha 326 nəfər xəsarət alıb.


N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar