SON XƏBƏRLƏR

BMT Liviyaya silah embarqosu məsələsində bütün ölkələri əməkdaşlığa çağırdı

2021.10.20, 07:36
BMT Liviyaya silah embarqosu məsələsində bütün ölkələri əməkdaşlığa çağırdı

Gunaz.tv

GünAz TV: Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Farhan Haq Liviyada Fransa və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid raketlərin aşkar edilməsindən sonra bütün ölkələri BMT Təhlükəsizlik Şurasının sanksiya komitəsini sanksiya pozuntularına dair məlumatlarla təmin etmədə əməkdaşlığa çağırdı.


Farhan Haq gündəlik mətbuat brifinqində Liviyaya tətbiq olunan silah embarqosu və bu ölkədə Fransa və  Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid silahların olmasına dair verilən sualları cavablandırdı.


Haq: "Bütün ölkələrin BMT Təhlükəsizlik Şurasının sanksiya komitəsini sanksiya pozuntularına dair məlumatlarla təmin etmə məsələsində əməkdaşlıq etməyə çağırırıq. Bütün hökumətlər sanksiya komitəsi ilə əməkdaşlıq etməlidirlər". dedi.


Qeyd edək ki, Liviyada general Xəlifə Hafterə tabe olan qüvvələrə aid düşərgədə keçən ay aşkar olunan raketlərin Fransaya aid olduğu ortaya çıxıb, Fransa Müdafiə Nazirliyindən verilən açıqlamada "Javelin" raketlərinin Fransa dövlətinə aid olduğu təsdiq olunub.


Fransa Müdafiə Nazirliyi  raketlərin terrorla mübarizədə istifadə edilməsi məqsədi ilə ABŞ-dan satın alındığı, bu raketlərin Liviyada heç kimə verilmədiyi və məhv edilmək üçün müvəqqəti olaraq saxlanıldığı qeyd olunub.


Birləşmiş Ərəb Əmirlikləri isə Liviyada Hafter qüvvələrinin bu yaxınlarda itirdiyi Giryan şəhərində ortaya çıxan ABŞ istehsalı olan silahlardan xəbəri olmadığını bildirib.


BMT Təhlükəsizlik Şurası Liviyaya 2011-ci ildən etibarən silah embarqosu tətbiq edir.


2011-ci ildən bu yana hakimiyyət böhranının davam etdiyi Liviyada beynəlxalq səviyyədə tanınan Milli Razılaşma Hökumətinin qoşunları ilə Hafterə sadiq qüvvələr arasında şiddətli qarşıdurmalar baş verir. TRT


N.S


SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar