BMT-nin Ali nümayəndəsi: "Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim"

2021-06-22 17:09

"Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim. Bu ərazinin tarixi-mədəni, dini irsinin dağıdılması, müqəddəs yerlərin təhqir edilməsi yolverilməzdir”.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə jurnalistlərə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos erməni işğalından azad edilmiş Füzuli rayonuna səfəri zamanı bildirib.

Ali nümayəndə qeyd edib ki, hətta insanlar fərqli olsalar belə, bu, onları bir-birindən uzaqlaşdırmamalı, birləşdirici dəyər olmalıdır: “Bütün millətlər bu fərqləri qəbul etməli və bir-birinə hörmətlə, anlayışla yanaşmalıdır. Çünki sülhə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunduğu mühit iradəmizi ifadə etmək imkanı yaradır, bütün bəşəriyyətə sülh və çiçəklənmə gətirir”.

Migel Angel Moratinos onu da qeyd edib ki, BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanın təşəbbüskarı olduğu və xalqlar arasında dialoq, əməkdaşlığın inkişafına yönəlmiş “Bakı prosesi”ni həmişə dəstəkləyib, Azərbaycanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.

“Azərbaycan “Bakı prosesi” çərçivəsində beynəlxalq tədbirlərin bir parçası olan Bakı qlobal forumlarına dəfələrlə ev sahibliyi edib və bu tədbirlərin gedişatı zamanı biz, BMT-nin Sivilizasiyalar Alyansı olaraq, multikultural dəyərlərin təbliği məsələsində Azərbaycanla sıx əməkdaşlıq etmişik”, - deyə Ali nümayəndə əlavə edib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var

2021-08-04

gun az article

İran tərəfindən qaçırıldığı iddia olunan gəmi BƏƏ sahillərində sərbəst buraxılıb

2021-08-04

gun az article

Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb

2021-08-04

gun az article

Azərbaycan və Yaponiya XİN başçıları telefonla danışdı

2021-08-04

gun az article

Daha 3 qazimiz Türkiyəyə göndərildi

2021-08-04

gun az article

Füzulidə daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-08-04

gun az article

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub

2021-08-04

gun az article

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

2021-08-04

gun az article

Pakistanlı ekspert: "Ermənistanın təxribatları regionda sabitliyi pozur"

2021-08-04

gun az article

Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazanıb

2021-08-04

gun az article

Uydurma “erməni soyqırımını” ifşa edən yeni kitab nəşr edildi

2021-08-04

gun az article

MN: "Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır"

2021-08-04

gun az article

Ned Prays: “Amerika Vyanada İranla apardığı dolayısı danışıqların 7-ci mərhələsini başlamağa hazırdır”

2021-08-04

gun az article

Ukrayna Nazirlər Kabinetini partlatmağa cəhd göstərən şəxs saxlanılıb-VİDEO

2021-08-04

gun az article

Səudiyyə rəsmisi: “İran regionda öz mənfi hərəkətləri ilə daha da cəsarətlənib”

2021-08-04

gun az article

“Rus ordusu Qarabağda daimi qalmalıdır” – Araik Arutunyan

2021-08-04

gun az article

Türkiyə Ali Hərbi Şurasının toplantısı başlayıb

2021-08-04

gun az article

Müdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətirib

2021-08-04

gun az article

Naftali Bennet: “Tehranda rahat dinc yerdə oturub bütün Orta Şərqi alovlandırmaq dövrü artıq başa çatıb”

2021-08-04

gun az article

Paşinyan Rəisinin andiçmə mərasiminə qatılacaq

2021-08-04