SON XƏBƏRLƏR

BMT-nin baş katibindən İranda ana dilində təhsilə qoyulan qadağa və azərbaycanlılara qarşı təzyiqlərlə bağlı xüsusi Raport

2021.10.20, 07:36
BMT-nin baş katibindən İranda ana dilində təhsilə qoyulan qadağa və azərbaycanlılara qarşı təzyiqlərlə bağlı xüsusi Raport

Gunaz.tv

GünAz TV: BMT-nin baş katibi Antonio Guterres hazırladığı raportda İranda insan hüquqları pozuntuları, ana dilində təhsilə qoyulan qadağa və azərbaycanlı fəallara qarşı təzyiqlərə işarə edib.

 

Antonio Guterresin İranda insan haqlarının son vəziyyəti ilə bağlı hazırladığı raport  BMT-nin 73-cü rəsmi iclasında təqdim olunub.

 

Bu barədə danışan Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri xanım Jalə Təbrizi bildirib ki, Antonio Guterres təşkilatın 73-cü iclasında Güney Azərbaycan məsələsinə ümidverici bir şəkildə yanaşıb.

 

Xanım J.Təbrizinin sözlərinə görə, baş katibin raportu “İranda insan hüquqlarının durumu” adı ilə nəşr olunub.

 

İclasın yekun raportu 77 bənddən ibarət olub, onun 57-ci bəndi Güney Azərbaycan məsələlərinə həsr olunub.

 

“İran dövlətinin açıqlamasına görə, ölkə konstitusiyasının 13, 19 və 20-ci maddələrinə uyğun olaraq İran vətəndaşlarının hüququ məzhəb və milli kimliyindən asılı olmayaraq təmin olunur. Lakin 2018-ci ilin başlanğıcından BMT-yə müxtəlif ayrı-seçkiliklərə dair çoxlu raportlar daxil olub. Raportlar əsasən milli və məzhəbi ayrı-seçkiliyi əks etdirir. Ayrı-seçkilik halları universitet və iş fürsətlərindən məhrum olmaq, əsas xidmətlər, o cümlədən səhiyyə sahəsində tətbiq edilən ayrı-seçkilik, hökumət işlərinə götürməmək, orta məktəbdə ana dilini öyrənməmək, öz mədəniyyətlərindən uzaq tutulmaq və s. əhatə edir. İran İslam Cümhuriyyəti həmçinin ölkə konstitusiyasının 15-ci maddəsi və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 27-ci maddəsini icra etməkdən imtina edir. BMT-nin Ali Komissarlığına bəhai və Azərbaycan türkləri camiəsinə qarşı ayrı-seçkiliklərə dair əlavə raportlar da daxil olub. Müşahidələr göstərir ki, İranda siyasi məhbusların əksəriyyəti, həmçinin təhlükəsizlik və siyasi ittihamlarla edam olunanların bir çoxu milli azlıqlara mənsub qrupların üzvləridir”- deyə 57-ci bənddə qeyd olunub.

 

BMT-nin 73-cü iclası avqustun 6-da təşkilatın Nyu-Yorkdakı qərargahında keçirilib.

 

Raportu tam olaraq izləmək üçün bu LİNK-ə müraciət edə bilərsiniz.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar